Sağlamlıq
Səhərlər yulaf yeməyin!
Səhər yeməyinə son vaxtlar populyar olan yulaf bişirirsiz? Etməyin. Başqa alternativləri düşünün. Yulafı şam yeməyinə saxlayın. Çünkü tərkibində melatonin var. İndiki zəmanədə tapılmayan yuxu hormonudur. Melatonin həm tez yuxuya getməyə kömək edəcək, həm dərin yuxunun keyfiyyətini artıracaq.
Publika.az xəbər verir ki, bu sözləri tanınmış həkim, anestezioloq və reanimatoloq Şahin Məmmədov deyib. Həkim bildirib ki, badamın da tərkibi melatonin hormonu çoxdur:
“Axşam yatmazdan əvvəl çox yox, 5 ədəd badam yeyin. Bunu adət halına çevirin. Badamın tərkibində antikanserogen olduğu deyilən B17 vitamini də var. Badam antioksidantdır, faydalı yağlarla da zəngindir. Amma yatmazdan öncə melatonin+ maqnezium qəbul etmək daha effektli təsir göstərir. Magnezium əzələ relaksantıdır, onlardakı ağrını, spazmı götürəcək, siz daha yaxşı yatacaqsız. Əzələlərdəki spazmı, yorgunluğu aradan qaldırmaq üçün şam yeməyinə 1 ədəd banan da əlavə edin, çünkü o, maqnezium + bonus kaliumla zəngindir”.
Aytən Məftun
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi

































.jpg)

.jpg)