Sağlamlıq
Yay aylarının qidalanma standartı MƏLUM OLDU
İnsan orqanizminin bioloji saatı Günəşin çıxmasına və batmasına uyğun qurulub. Yuxu rejimi, gündəlik məşğuliyyətlər, həyat tərzi də fəsillərə uyğunlaşdırlır. İsti aylarda müəyyən dəyişikliklər edilməsi isə qaçılmazdır. Bunun əsas səbəbi orqanizmin yay rejiminə uyğunlaşa bilməməsidir.
Yayda istilərlə əlaqədar insanların əksəriyyəti gündəlik planlarını əsasən gün batandan sonraya saxlayır, axşam isə gec saatlarda yatırlar. Beləliklə, yuxu rejimi pozulur, orqanizm öz fəaliyyətini düzgün adaptasiya edə bilmir.
Publika.az xəbər verir ki, həkim-terapevt Günay İsmayılova deyib: “Yay aylarında havaların isti və nəm olması ilə əlaqədar olaraq qanın qatılaşması baş verir və bunun nəticəsində risk faktoru kimi arterial hipertenziya və bir sıra ürək-damar xəstəlikləri yaranır. Ümumiyyətlə, yay aylarında qidalanmanın bir neçə qızıl standartı var. Onlardan birincisi, çoxlu su qəbulu, ikincisi, qida rasionunda kalorili yeməklərin miqdarının azaldılması və üstünlüyün tez həzm olunan qidalara, meyvə-tərəvəzə verilməsidir. Yağlı və xəmir xörəklərinin qəbulu azaldılmalı və axşamlar yatmazdan bir neçə saat əvvəl qida qəbul edilməlidir”.
Zamana və hava şəraitinə baxmayaraq, hər kəsin fiziki fəal həyat tərzi sürməsi də mütləq şərtlərdən biridir. Passiv həyat tərzi sürmək yolverilməzdir. Yay aylarında da istirahəti düzgün planlaşdıraraq zehni və fiziki fəaliyyətlə məşğul olmaq olar. (AZƏRTAC)
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi












.jpg)





.jpg)
















.jpg)

.jpg)