Sağlamlıq
Xoşbəxtlik, stress, yuxu və cinsi hormonlar barədə maraqlı faktlar
Bilirdiniz ki, hormonların da “iş saatları” var və sağlam həyat sürmək üçün vaxtınızı onlarla sinxronlaşdırmalısınız?
Publika.az oxucuları hormonların fəaliyyətə başlama saatları ilə tanış edib.
Səhər saat 6:00-dan əvvəl qısa müddətli serotonin - xoşbəxtlik hormonu istehsal olunur.
Səhər saat 6:00-da kortizol səviyyəsi yüksəlir. O, bədənimizi aktiv oyanışa hazırlayan hormondır.
Bədən oyandığına görə, günün planlarını yazmaq və qərar vermək vaxtıdır. Yadda saxlayın ki, səhər 500 ml su içmək və idman etməklə stress hormonları yuyulur.
7:00-də melatonin istehsalını dayandırır, cinsi hormonların aktivliyi başlayır. Bu saatdan sonra yatmağın mənası yoxdur, daha çox yatmağın dəyəri sıfıra bərabərdir. Bu o deməkdir ki, həyatınız boşa gedir.
8:00-də cinsi hormonlar fəaliyyətə keçir. Onlar həmçinin əzələ quruluşunu meydana gətirən steroid hormonlardır. İdman, gimnastika, idman zalı və reproduksiya vaxtıdır!
10:00-dan14:00-a qədər yaddaş, diqqət və yaddaşdan məsul olan neyrohormonların vaxtıdır. Zehni fəaliyyət üçün ən yaxşı müddətdir.
14:00-dan 16:00-ya qədər kəskin yuxululuq hiss edirsinizsə, 20 dəqiqə yatın. Bəli, bu həzzi özünüzə rəva görməyə dəyər. Böyümə hormonlarının ifraz olunduğu ən pik saatlardır, ona gözəllik və əbədi gənclik hormonu da demək olar. Bu yuxudan sonra, isinmə hərəkələri tövsiyə olunur. Çünki böyümə hormonu əzələ toxumasının miqdarından məsuldur.
17:00-dan kortizol azalmağa başlayır. Vacib qərarlar ləğv edilməlidir. İdman etmək tövsiyə olunmur, çünki əzələlərin qidalanması çox çətin olacaq.
21:00-də melatonin istehsal olunmağa başlayır. Bədənin istiliyi aşağı düşür, yaxınlarımızdan daha çox diqqət, qayğı və isti münasibət tələb etməyə başlayırıq. Odur ki, ailə üzvlərimizi qucaqlamağın vaxtıdır!
22:00-da hipofiz vəzi uyuşdurucu təsiri olan opioid hormonları ifraz edir. Buna endorfin hormonları deyilir. Bu saatlarda yatsanız, yuxunuz çox şirin olacaq. Günün stressi bitdi, bədən dincəlməli və yenidən enerji toplamalıdır. Ən qiymətli yuxu saatları 22:00-dan 4:00-a qədərdir. Bu saatlarda davamlı olaraq oyaq qalmaq zərərlidir.
2:00-də böyümə hormonları yenidən işə başlayır. Onun sayəsində uşaqlar yuxuda inkişaf edir, böyüklər isə sümüklərinin və əzələlərinin gənc və güclü qalmasını bu hormona borcludur.
Gün ərzində rifahınızın qaydasında olmadığını hiss edirsinizsə, endokrinoloqla əlaqə saxlamalısınız. Endokrinoloq hormonlarınızı tənzimləməkdə və cədvəlinizi qaydaya salmaqda sizə kömək edəcək.
Gələcəkdə baş verə biləcək ciddi nəticələri müalicə etməkdənsə, xəstəliyi əvvəlcədən aşkar etmək daha yaxşıdır.
Ən çox rast gəlinən hormonal xəstəliklərə aşağıdakılar daxildir: tiroid və paratiroid vəzilərinin xəstəlikləri, diabet.
Aytən Məftun
-
ABŞ08:49ABŞ səfirliklərinə görün hansı göstəriş verildi
-
Ekologiya08:24Azərbaycanda yaz fəsli olmayacaq? - Hazır olun, hava kəskin dəyişir
-
Sosial07:55Heyvan bazarlarında sərt qaydalar tətbiq ediləcək - Video
-
ABŞ05:15ABŞ Yaxın Şərqdəki təyyarədaşıyan gəmisini geri çağırır - Nə baş verir?
-
Region02:00Türkiyədə leysan yağışları daşqına səbəb oldu - Ölən var
-
Qoroskop01:40Günün ulduz falı: planlı addımlar sizə qazanc gətirəcək
-
Sosial29 Aprel 22:32Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
-
ABŞ29 Aprel 20:48Pentaqon İrandakı əməliyyatın xərclərini açıqladı



























.png)








