Sağlamlıq
ÜST-dən meymunçiçəyi ilə bağlı homoseksuallara XƏBƏRDARLIQ
Qlobal miqyasda meymunçiçəyinə yoluxma hallarının artdığını deyən Ümumdünya Səhiyyə Təşkilatı son verdiyi bəyanatda cinsi partnyorların sayının məhdudlaşdırılmasını tövsiyə edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanom Qebreyesus dünənki brifinqdə danışıb. O, bildirib ki, infeksiyadan qorunmağın ən yaxşı yolu təmas riskini azaltmaqdır.
“Hazırda cinsi partnyorların sayını azaltmağı düşünməli, yeni partnyorlarla cinsi əlaqəni yenidən nəzərdən keçirməli və lazım gələrsə, partnyonuzunun əlaqə məlumatlarını paylaşmalısınız”, - baş direktor qeyd edib.
Gey kişilər arasında meymunçiçəyi virusunun artdığını vurğulayan Qebreyesus onlara da xəbərdarlıq edib.
Qərbi və mərkəzi Afrikada meydana çıxan meymunçiçəyi endemik və yüngül viral infeksiya kimi tanınır. Bu virus əsasən yaxın təmas yolu ilə ötürülür və son epidemiyaya qədər dünyanın digər yerlərində nadir hallarda müşahidə edilirdi. Virusun qızdırma, yorğunluq və dəridə səpgilər kimi simptomları bir neçə həftə ərzində təsirini itirir. Son epidemiyada həyatını itirən 5 nəfərin hamısı Afrika qitəsində yaşayan insanlardır.
ÜST sürətlə yayılan meymunçiçəyi virusunu dünya miqyasında fövqəladə vəziyyət elan etdikdən sonra Avropa Komissiyası virusa qarşı hazırlanmış “Imvanex” peyvəndinin satışına icazə verib.
Aytən Məftun
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































