Sağlamlıq
Nazir açıqladı: Meymunçiçəyinə yoluxma halları artdı
Türkiyədə meymunçiçəyinə yoluxanların sayı artıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Səhiyyə naziri Fahrettin Koca deyib. O, bildirib ki, bugünədək ölkədə meymunçiçəyi virusuna yoluxan beş xəstə aşkarlanıb.
“Dörd xəstə tamamilə yaxşılaşıb və evə buraxılıb, biri isə təcrid olunur. Səhhəti yaxşıdır, heç bir problemi yoxdur. Bu virusa ölkəmizdə tez-tez rast gəlinməməsinin əsas səbəbi qapalı mühitdə çox yaxın və uzun müddətli təmasın olmasıdır. Lakin bu, bizim üçün endemik risk və ya qlobal pandemiya riski daşımır” , - nazir qeyd edib.
Koronavirus pandemiyasına da toxunan Fahrettin Koca bildirib ki, omikron ştammı geniş yayılsa da, ilk variantlara nisbətən xəstələrdə daha yüngül gedişat müşahidə olunur.
Aytən Məftun
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi

































.jpg)

.jpg)