Sağlamlıq
Qeysəriyyə ilə doğulan uşaqları bu risklər gözləyir - SOS
Son onilliklərdə astma, allergiya və artıq çəkidən əziyyət çəkən insanların sayı artıb. Bunun səbəbi təkcə ekologiyanın korlanması deyil, həm də doğuş zamanı qeysəriyyə əməliyyatının həddən çox olmasıdır.
Publika.az xəbər verir ki, bu sözləri immunoloq-allerqoloq, tibb elmləri doktoru, Andrey Prodeus “Sputnik” radiosunun efirində deyib. Həkim bildirib ki, bu gün körpələrin təxminən üçdə biri bu üsulla dünyaya gəlir. Ekspert hesab edir ki, uşaqları “normal immunitet”dən məhrum edən məhz budur.
“Qeysəriyyə əməliyyatı uşağın həyatını xilas edə bilər, amma bəzi hallarda həddindən artıq zərurət olmasa da, edilir. Nəticədə uşaqda problemlər yarana bilər. Əgər körpə qadının doğum kanalından keçmirsə, deməli o, zəruri mikroflora və mikrobiotanı qəbul etmir. Bunsuz normal immunitet formalaşmır. Qeysəriyyə əməliyyatı ilə doğulan körpələrin astma, allergik və təbii yolla doğulan uşaqlara nisbətən kökəlmə ehtimalı təxminən 2,5 dəfə yüksəkdir”, - Prodeus izah edib.
Aytən Məftun
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi

































.jpg)

.jpg)