Sağlamlıq
Pivə daha çox kişilərə, yoxsa qadınlara zərər verir?
Alkoqol qadınlara kişilərdən daha pis təsir edir, çünki onların qaraciyəri içkinin təsirini neytrallaşdıran spirt dehidrogenaz fermentini daha pis istehsal edir.
Publika.az xəbər verir ki, bu sözləri “VM.ru”ya diyetoloq, tibb elmləri namizədi Yelena Solomatina deyib.
“Qadınlarda bir stəkan pivə alkoqolizminin inkişafına səbəb ola bilər. Çünki onlar daha tez pivə aludəçisi olurlar. Pivə bədən formalarına təsir edir, lakin kalorili tərkibinə görə deyil, qadınlarda insulin müqavimətinə görə qanda qlükoza səviyyəsi artırdığı üçün çəki də artır.
Kişilərin bədəni alkoqolu daha yaxşı zərərsizləşdirir, lakin bu amil əlbəttə ki, fərdidir, genetika öz sözünü deyir. Eyni zamanda, kişilər pivə içdikdən sonra qarın çıxarırlar ki, bu da insulin müqaviməti ilə əlaqələndirilir. Bu, kişilərdə tez-tez baş verir. Əgər pivə qanda qlükoza səviyyəsini yüksəldirsə və qlükoza çox miqdarda insulin ifraz etdiyi üçün insan artıq insulin müqavimətinə malikdirsə, insuluni sadəcə olaraq hüceyrələrə daxil edə bilmirsə, artıq enerji yağa çevrilir. Kişilərdə daxili orqanlarda yağ şəklində yığılır. Bu, hipertoniya, ateroskleroz və sairə kimi xəstəliklərdə çox təhlükəlidir”, - həkim xəbərdarlıq edib.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































