Sağlamlıq
ÜST: COVID-19-dan ölüm halları 35% artıb
Son dörd həftə ərzində COVID-19 virusundan ölənlərin sayı 35% artıb.
Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə məlumat verib.
“Dünyada COVID-19-dan ölənlərin sayı 35% artıb. Təkcə elə son bir həftədə 15 000 insan ölüb. Bu, qətiyyən qəbuledilməzdir, çünki bizdə infeksiyanın yayılmasının qarşısını almaq və insanların həyatını xilas etmək üçün vasitələr var. Şimal yarımkürəsində soyuq havaların yaxınlaşması və insanların qapalı yerlərdə daha çox vaxt keçirəcəkləri ilə əlaqədar olaraq, infeksiyanın daha intensiv yayılması və xəstəxanaya yerləşdirilmə riski önümüzdəki aylarda yalnız artacaq. Bu, təkcə COVID-19 üçün yox, digər xəstəliklərə, o cümlədən qripə də aiddir: “Hamımız bu virusdan, pandemiyadan bezmişik, lakin virus bizdən əl çəkmir” - ÜST rəhbəri deyib.
Onun sözlərin görə, laboratoriya testləri zamanı müəyyən edilən COVID-19 törədicilərinin 90 faizindən çoxu indi omikron ştamının BA.5 alt növünün payına düşür.
Qebreyesus ölkələrin ardıcıllıq nəticələrinə dair daha az məlumat paylaşmağa başladıqlarını qeyd edib: “İlin əvvəli ilə müqayisədə belə məlumat mübadiləsinin həftəlik qeydə alınan sayı 90%, məlumat verən dövlətlərin sayı isə 75% azalıb”.
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya27 Noyabr 11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
















.jpg)




















