Sağlamlıq
Oynaq ağrıları: Qarşısını necə almalı?
Bir çox insan oynaq ağrılarından əziyyət çəkir. Bu ağrıları azaltmağın özünəməxsus üsullar var.
Publika.az oxucuları ev şəraitində oynaq ağrılarından qurtulmağın üsulları ilə tanış edir.
Nevroloq Sevinc Həmidovanın sözlərinə görə, oynaq iltihabı, revmatizm geniş yayılmış xəstəliklərdən hesab olunur:
“Təəssüf ki, bu günə qədər bu xəstəliyin tam müalicəsi mümkün deyil. Mən oynaqlardakı ağrıları azaltmaq üçün xalq təbabətindən yararlanmağı məsləhət görürəm. Bu mənada zəncəfildən istifadə etməklə bu ağrılardan qismən də olsa azad ola bilərsiniz. Zəncəfil çox güclü müalicəvi bitkidir. Yüz illərdir istifadə edilir. Tərkibindəki gingerol maddəsi oynaq ağrıları üçün müalicəvidir. Araşdırma zamanı tərkibində iltihabı dayandıran kimyəvi maddə təsbit edilib”.
Ağrıları kəsmək üçün zəncəfili necə hazırlamaq lazımdır?
– Bir qaşıq doğranmış zəncəfil
– Bir stəkan su
– İki çay qaşığı bal
– Bir az darçın
Hər səhər bu qarışıqdan içərək ağrılarınızı azalda bilərsiniz.
Nevroloq oynaq ağrılarına diz ağrılarını misal olaraq göstərir. O, diz ağrılarının müalicəsində proloterapiyadan istidafə edir. Bu üsulu Azərbaycana ilk dəfə həkim özü gətirib. Proloterapiya diz ağrılarından qurtulmağın ən asan və operativ yoludur.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi

































.jpg)

.jpg)