Sağlamlıq
Hər gün NEÇƏ ADDIM atmalıyıq? - Məşhur ortoped açıqladı
Məşhur ortoped-travmatoloq Lev Dunayev bildirib ki, hər gün həyat tərzinin fəaliyyət dərəcəsindən asılı olaraq müəyyən sayda addımlar atmalıdır.
Publika.az xəbər verir ki, həkim bu barədə "ura.ru"-ya müsahibəsində danışıb. Onun sözlərinə görə, norma insanın yaşından, fiziki hazırlığından, sağlamlıq durumundan asılıdır.
"Əgər yaxşı fiziki formadasınızsa, gündə 20 min addım yeriyə bilərsiniz ki, bu da təxminən 14 km deməkdir. Əvvəlcə addımölçən ixtirası ilə əlaqəli olan on min rəqəmi cəmiyyətdə sabit idi. Bu rəqəm həqiqətən də ola bilər. Sağlam, yetkin adam üçün orta göstərici adlandırıla bilər. Oturaq həyat tərzi sürənlərə isə gündə üç min addım belə sağlamlığa əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək", - Dunayev qeyd edib.
Ortoped bədəninizə qulaq asmağı və özünüz üçün rahat yük seçməyi məsləhət görür. Yalnız addımların sayı deyil, həm də yerişin keyfiyyəti və müddəti də vacibdir. Təmiz havada gəzmək emosional durumunuzu yüksəldəcək, sizi gümrah edəcək. Amma qeydlərlə ayaqlaşmaq istəyi mənfi emosional vəziyyətə gətirib çıxara bilər. Mütəxəssis qeyd edib ki, bəzən hətta yarım saat gəzməyin də damarların sağlamlığına müsbət təsiri var. Onun sözlərinə görə, araşdırmalar göstərib ki, gündəlik yarım saat rahat gəzinti sayəsində insult riskini 20%, sürətləndirilmiş gəzinti isə - 40% azaldır.
Dunayev bildirib ki, gəzinti zamanı arterial təzyiq aşağı düşür, ürək daha aktiv işləyir, daxili orqanların qan dövranı artır və dözümlülük çoxalır: "Ayaq əzələləri də işləyir, bu da venoz qanın ayaqlardan ürəyə axmasını stimullaşdırır. Bundan əlavə, gəzinti sümükləri, oynaqları və fəqərələri gücləndirməyə kömək edir".
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)



















.jpg)

.jpg)
