Sağlamlıq
Nevroloq: “Dərmansız da baş ağrısından qurtulmaq olar”
Nevroloq Pavel Xoroşev “Sputnik” radiosunun efirində bildirib ki, baş ağrısı bir sıra patologiyaların, o cümlədən həyat üçün təhlükəli olan xəstəliklərin əlaməti ola bilər. Ancaq baş ağrıları adətən bədəndə maye çatışmazlığı ilə əlaqələndirilir.
Publika.az xəbər verir ki, mütəxəssis aptekə qaçmazdan əvvəl baş ağrısından dərmansız xilas olmağa çalışmağı məsləhət görüb.
“Kəskin başağrısı yarananda insan ilk növbədə bu gün nə qədər su içdiyini xatırlamalıdır. Əgər səhər bir fincan qəhvə içmisinizsə, günortadan sonra bir və ya iki böyük fincan su və ya çay içmək lazımdır. Qanın oksigenlə doymasını artırmaq üçün intensiv nəfəs alın. Beləliklə, 40-60 dəqiqədən sonra özünüzü daha yaxşı hiss edəcəyinizi gözləmək olar”.
Nevroloq həmçinin xəbərdarlıq edib ki, həkimə müraciət etmədən dərman qəbul etmək sağlamlığınıza zərər verə bilər. Bundan əlavə, dərmanlarla başağrısını azaldaraq, bədəninizin maye ehtiyacına laqeyd qala bilərsiniz. Bədəndə maye çatışmazlığı isə sağlamlıq problemlərinə gətirib çıxarır.
Aytən Məftun
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi

































.jpg)

.jpg)