Sağlamlıq
40 yaşdan sonra hər bir qadını gözləyən TƏHLÜKƏ
40 yaşdan yuxarı qadınlarda bir sıra xəstəliklər müalicə edilmədikdə, vəziyyət kritik həddə çata bilər.
Publika.az xəbər verir ki, bu sözləri terapevt, endokrinoloq, kardioloq, tibb elmləri namizədi, Avropa Kardiologiya və Endokrinologiya Cəmiyyətinin üzvü Aleksey Jito deyib. Həkimin sözlərinə görə, belə qadınlarda öd daşı xəstəliyinə - öd kisəsinin daxilində daş və öd turşularının çökmə riski artır. Xəstəlik hamilə qadınlarda, sarışın və artıq çəkili xanımlarda da baş verə bilər. Daşlar xroniki xolesistitə, yəni kanalların çoxsaylı tıxanması ilə iltihaba səbəb ola bilər. Bu, biliyar kolikaya, hətta xroniki pankreatitə səbəb ola bilər.
Ekspert xəbərdarlıq edib ki, xəstəlikdən qorunmaq üçün vaxtında öd kisəsinin ultrasəs müayinəsindən keçmək lazımdır. Onun sözlərinə görə, problem “qum adlanan mərhələsində” müəyyən edilərsə, bunun qarşısını almaq asandır.
Kardioloq onu da bildirib ki, 40 yaşdan sonra hormonal fon çox kəskin şəkildə dəyişir, 50-yə yaxın isə bu dəyişiklik daha da sürətlənir. Bir çox insan hər zamankı rasiona sadiq qalsa belə, kökəlməyə başlayır: çəkir artır və arıqlamaq getdikcə çətinləşir. Bədən çəkisinin problem yaratmaması üçün həkim endokrinoloqla əlaqə saxlamağı, lazımi və hərtərəfli hormonal müayinədən keçməyi məsləhət görür.
Bir çox qadının sözlərinə görə, əvvəllər qan təzyiqi onlarda aşağı olsa da, 40 yaşdan sonra tədricən yüksəlməsi müşahidə olunur. Bunun fonunda baş ağrıları da baş verir, hətta insult və infarkt riski də artır. Ağır nəticələrin qarşısını almaq üçün Jito kardioloq və terapevtə baş çəkməyi və onların təyin etdiyi müalicəyə əməl etməyi tövsiyə edib.
Aytən Məftun
-
Hadisə22:18Azərbaycanda zəlzələ oldu
-
İdman22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Hadisə21:39Azərbaycanlıların da olduğu gəmi vuruldu
-
Region21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?
-
Ekologiya18:20İlin son Günəş tutulması baş verəcək
-
Nida Xəbər 16:55Baş nazir qərar imzaladı



























.jpg)
.jpg)






