Sağlamlıq
Hamiləlikdən sonra saç tökülməsi bərpa olunurmu?
Saç soğanağları, eləcə də dəri, estrogenlər və androgenlər üçün reseptorlara malikdir və ikinci variantın sahibləri hamiləlik dövründə saç tökülməsi ilə qarşılaşa bilər.
Publika.az xəbər verir ki, bu barədə “gazeta.ru”ya müsahibəsində qadın sağlamlığı üzrə ekspert mərkəzinin rəhbəri, həkim – mama-ginekoloq, endokrinoloq Mariya Səlixova bildirib. Onun sözlərinə görə, bu hal hətta alopesiyaya da səbəb ola bilər.
Mütəxəssis izah edib ki, əgər gələcək anada estrogen reseptorları üstünlük təşkil edirsə, o zaman hamiləlik dövründə cinsi hormonların səviyyəsi artdıqda, saç kökləri stimullaşdırılır, aktiv yenilənmə və saçların uzanması başlayır. Eyni zamanda mütəxəssisin fikrincə, follikullar yuxuya gedə və quruya bilər və onların yenilənməsi adətən beş-yeddi il tələb edir. Həkim vurğulayıb ki, bu zaman saç tökülə bilər, ancaq onun yenidən inkişafı üçün vacibdir ki, orqanizmdə kifayət qədər dəmir və vitamin olsun.
"Bütün hallarda saç tökülməsinin qarşısını almaq üçün aktiv və keyfiyyətli qulluq lazımdır. Qulluq məhsulları seçərkən, saç və baş dərisinin növü, həmçinin digər xüsusiyyətləri nəzərə alınır. Müntəzəm istifadə üçün şampun və balzam, kök zonası üçün spreylər istifadə etmək və saçı zədələnmədən daramaq məsləhət görülür”, - həkim bildirib.
Bundan əlavə, mama-ginekoloq qalxanabənzər vəzinin vəziyyətini yoxlamağı tövsiyə edib, tiroid probleminiz varsa, saç tökülməsi ilə üzləşə bilərsiniz.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
