Sağlamlıq
Yanımızdakı təhlükə - Alimlər təbil çaldı
Kaliforniya Səhiyyə Departamenti xəbərdarlıq edib ki, radiasiya dozasını azaltmaq üçün yatmazdan əvvəl smartfonları özünüzdən ən azı bir qol uzunluğunda kənara qoymalısınız.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, alimlərin fikrincə smartfondan istifadə onkoloji xəstəliklərin yaranmasına şərait yarada, konsentrasiya, psixi sağlamlıq və reproduktiv sistemdə problemlərə səbəb ola bilər.
“İndiyə qədər aparılan tədqiqatlar aydın bir əlaqə olduğunu sübut edə bilmsə də, hər kəs bilir ki, mobil telefon heç də zərərsiz bir cihaz deyil. Aparılan sınaqlar təhlükənin uşaqlar üçün daha çox olduğunu göstərir. Odur ki, smartfonları çarpayıdan 1-2 metr aralıda saxlamağı tövsiyə edirik. İnsanların çoxu telefonu özlərindən uzaq tutmaq üçün xəbərdarlığın olduğunu belə bilmir. Bu narahatedicidir, çünki bundan xəbəri olmayan valideynlər telefonlarını sakitcə uşaqların yanına qoyurlar”, deyə İnsan Sağlamlığı və Ətraf Mühit Fondunun alimi qeyd edib.
Kaliforniya Səhiyyə Departamentinin alimləri vurğulayıblar ki, aşağı tezlikli radiosiqnallar uşaqların beyninə böyüklərinkinə nisbətən daha asan daxil olur və bu, beynin inkişafında zədələnmə və digər mənfiliklərlə nəticələnir.
Aytən Məftun
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi

































.jpg)

.jpg)