Sağlamlıq
Bu dərmanlar kişilərdə cinsi zəiflik yaradır - SOS
Kişi dazlaşmasının yeganə effektiv müalicəsi saç əkimidir. "Topikal minoksidil" və "Finasterid" isə çox az effektiv dərman vasitəsidir. "Minoksidil, "Koffein", "Finasterid" isə testosteronun dihidrotestosterona çevrilməsinin qarşısını alır. Bu proses tükün özündə deyil, qanda gedir. Bu məqam vacibdir.
Publika.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Saç tökülməsinin qarşısını almaq üçün tövsiyə olunan dərmanlardan söz açan həkim qeyd edib ki, "Finasterid" impotensiya və digər cinsi zəiflik problemi verə bilər.
“Elə bilirlər ki, saçın dibinə "Minoksidil" və ya "Finasterid" sürtsələr, cinsi problemlər yaranmayacaq. Lakin "Minoksidil", "Finasterid" və ya son vaxtlar dəbdə olan “Ekstrahair” məhlulu saçın dibinə masaj etməklə sürtsəniz, yaxud da dermarollerdən istifadə etsəniz, o əvvəl qana sorulacaq, sonra isə qanda testosteronun DHT-yə çevrilməsini tormozlayacaqlar. Saçı tökən DHT-dır. DHT blok olunsa, cinsi zəiflik müəyyən dərəcədə mütləq hiss ediləcək. “Ekstrahair”in tərkibindəki “saw palmetto” bitkisi də eyni mexanizmlə DHT-ni blok edir. Sadəcə insanları aldadırlar, kişilər elə bilir ki, bunun cinsi zərəri olmaz. Halbuki, içəndə də qana sovrulur, saçın dibinə çəkəndə də eyni proses baş verir.
“Ekstrahair” və ya “Minoksidil” istifadə etsəniz, bir neçə aya, həm də çox balaca tüklərin rəngi tündləşəcək, elə biləcəksiz ki, saç çıxır. Çox az sayda (təxmini 10 ədəd) təzə tük çıxa bilər, bunun üçün 5-6 ay ərzində nizamlı şəkildə istifadə etməlisiniz. O görüntünün indiki halınızdan ciddi bir fərqi olmayacaq. Vaxt və pul itirməyə, həm də DHT-nizi blok etməyə dəyməz”, - deyə həkim qeyd edib.
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Digər25 Oktyabr 16:44Çində 6 bala yaxın zəlzələ oldu















.jpg)

















