Sağlamlıq
Oftalmoloq: görmə damcıları faydasızdır
İsanların oftalmoloqa müraciəti zamanı etdiyi ən böyük şikayətlərdən biri də görmənin azalmasıdır. Miqren, fəqərə-bazilar arteriyaların çatışmazlığı, yuxu damarlarının tıxanması, qan təzyiqinin dəyişməsi görmə qabiliyyətinin müvəqqəti azalmasına səbəb ola bilər.
Publika.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu sözləri oftalmoloq cərrah Liliya Melnikova deyib.
Cərrah bildirib ki, görmə qabiliyyətinin kəskin azalmasının səbəbi retinal damarların tıxanması, şüşəvari bədənə qanaxma, həmçinin optik nevritdir. Bütün bunlar çox təhlükəli ola bilər: “Yuxarıda sadalanan hallarda insan görmə keyfiyyətində azalma və ya dəyişiklik müşahidə edə bilər. Bu zaman vaxtında bir oftalmoloqa müraciət edilməlidir. Amma bəzi hallarda görmə qabiliyyəti yavaş və ağrısız şəkildə azalır.”
"Görmə qabiliyyətini yaxşılaşdıra biləcək sehrli damcılar və ya xüsusi pəhriz yoxdur. Onlar çox vaxt sadəcə faydasızdır. Bütün xəstələrə vizual fəaliyyət rejiminə riayət etməyi məsləhət görürəm: bir saatlıq vizual fəaliyyətdən sonra, fəaliyyət növünü fiziki fəaliyyətə dəyişdirin. Bu fasilələr zamanı tərkibində konservantlar olmayan hialuron turşusu nəmləndirici damcılardan istifadə edin. Həmçinin 5 metrdən çox məsafədə olan obyektlərə baxın. Böyüklər üçün gündə ən azı bir saat və uşaqlar üçün həftədə ən azı 10 saat gəzinti mütləqdir", - oftalmoloq vurğulayıb.
Ayşən Rəhim
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi

































.jpg)

.jpg)