Sağlamlıq
Məşhur həkimdən qriplə bağlı xəbərdarlıq: "Mənasız pereparatları içməklə həm pul, həm vaxt itirirlər"
Son günlər qrip infeksiyası yayıldığı üçün suallar gəlir: "Doktor mənim yaxınım kovidi çox ağır keçirmişdi. İndi də qripə yoluxub. Narahatıq ki, ağırlaşar. Təcili nə edək?" Ya kimsə hiss edir ki, yoluxub, amma xəstələnməyə vaxt yoxdur, təcili sağalmaq istəyir. Əhali belə hallarda təcili antibiotik vurdurur, hansı ki yalnış qərardır. Ya mənasız pereparatları içməklə həm pul həm vaxt itirirlər.
Publika.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Eskpertin sözlərinə görə, qripi ağır keçirəcəyi prognozlaşdırılan xəstələr ilk əlamətlərin əmələ gəldiyi gündən etibarən iki gün içində antivirus dərmanı qəbul etməyə başlamalıdır.
"Qrip əleyhinə bu pereparata həssaslıq, əks göstəriş yoxdursa - həkiminizlə məsləhətləşdikdən sonra Tamifluya vaxtında başlanıldıqda (1 tab x2 dəfə 5 gün) qripin simptomlarını azaldır, davametmə müddətini qısaldır, ağırlaşma ehtimalını xeyli aşağı salır. Bu pereparat hətta sonrakı günlər də qəbul edildikdə müsbət effekt verir. Əlbəttə ki, ağırlaşmağa meyilli xəstələr hər il vaxtında qrip əleyhinə vaksinasiya olunsalar, daha yaxşıdır", - həkim yekunda bildirib.
Aytən Məftun
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…


































.jpg)
.jpg)

