Sağlamlıq
Qrip xəstələrinin etdiyi 3 SƏHV: "Soğan-sarımsaq..."
Məşhur anestezioloq-reanimatoloq Şahin Məmmədov qrip xəstələrinin yol verdiyi əsas 3 səhvi açıqlayıb.
Publika.az xəbər verir ki, həkimin sözlərinə görə, soğan-sarımsaq qripi müalicə etmək yetərli deyil. Həkimin tövsiyələrini olduğu kimi təqdim edirik:
Qrip, soyuqdəymə əlamətləri olan şəxslərin etdiyi ən populyar 3 yanlış müalicələr:
1. Sauna
Həm digər insanlara virusu yayırsız, həm də su itirməklə sağalmanı gecikdirirsiz. Saunanın ümumi soyuqdəymə əlamətlərini azaltması, sağalma müddətini tezləşdirməsi heç bir tədqiqatda sübuta yetirilməyib. Saunaya başqa vaxtlar getmək isə orqanizmə faydalıdır.
2. Soğan sarımsaq
Bunlar faydalı qidalardır, amma onlara güvənib qripi ağır keçirəcəyi proqnozlaşdırılan insanların düzgün qabaqlayıcı tədbirlərini gecikdirmək olmaz. Çünkü virus əleyhinə heç bir təsiri yoxdur. Qrip vaxtı soğan sarımsaq yeməyin əhəmiyyəti ondan ibarətdir ki, siz camaatdan uzaq gəzirsiz, ya camaat sizdən uzaq gəzir, yoluxma azalır.
3. Araq
Geniş yayılmış mifdir. Qrip virusu təkcə ağızda və boğazda deyil ki, onu dezinfeksiya edə biləsiz. Üstəlik 40 faizli spirt nəinki onu, heç nəyi öldürmür. Əksinə sidikqovucudur, su itkisi verir, sağalmanı gecikdirir. Spirtli içkilər qaraciyərdə zülal sintezini tormozlayır, bu da immunitetə böyük zərbədir. Bilin ki, ondan ümumiyyətə insana ancaq zərər gələ bilər.
Aytən Məftun
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?



























.jpg)
.jpg)






