Sağlamlıq
Oturaq işin yaratdığı fəsadları aradan qaldırmağın ən effektiv yolu
Kolumbiya Universitetinin tədqiqatçıları uzun müddət oturaq işdə çalışanlara hər yarım saatda beş dəqiqə gəzməyi tövsiyə edib.
Publika.az xəbər verir ki, bu barədə tədqiqatın nəticələri "Medicine & Science in Sports & Exercise" jurnalında dərc olunub. Qeyd olunub ki, hər yarım saatdan bir 5 dəqiqə gəzmək oturaq həyat tərzinin bəzi mənfi təsirlərini kompensasiya edə bilər.
Alimlər bir neçə variantını sınaqdan keçiriblər: hər 30 dəqiqədən bir və ya 60 dəqiqədən sonra bir və ya beş dəqiqəlik gəzinti. Tədqiqatda 11 yetkin iştirak edib. İştirakçılar səkkiz saat erqonomik kresloda oturublar, yalnız təyin olunmuş saatlarda qalxaraq ya qaçış zolağında qaçıblar, ya da vanna otağına gediblər. Tədqiqatçılar hər bir iştirakçının monitorinqini aparıb, həmçinin vaxtaşırı onların ürək-damar sağlamlığının əsas göstəriciləri olan qan təzyiqi və qanda şəkər səviyyəsini ölçüblər. İştirakçılara dərs zamanı noutbukda işləmək, oxumaq və telefondan istifadə etmək icazəsi verilib. Bütün iştirakçılara eyni pəhriz yazılıb.
Hərəkətlərin optimal sayı hər 30 dəqiqədən bir beş dəqiqəlik gəzinti olub. Bu müdaxilə həm qanda şəkər səviyyəsini, həm də təzyiqi əhəmiyyətli dərəcədə azaldıb (4-5 mmHg).
Hər 60 dəqiqədən bir (bir və ya beş dəqiqə) yerimək heç bir fayda verməyib, eyni zmanda hər yarım saatda bir dəqiqə gəzmək orta dərəcədə faydalı təsir edib. Hər yarım saatdan sonra beş dəqiqəlik gəzinti isə yorğunluğun əhəmiyyətli dərəcədə azalmasına və əhval-ruhiyyənin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub. Gəzinti rejimlərinin heç biri koqnitiv funksiyaya təsir göstərməyib.
Alimlər hesab edirlər ki, iş günü ərzində hətta qısa bir gəzinti də ürək xəstəliyi və digər xroniki xəstəliklər riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Aytən Məftun
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)





















.jpg)

.jpg)