Sağlamlıq
Xərçəng xəstəliyini aşkar edə bilən süni intellekt
Alimlər kompüter tomoqrafiyası (KT) görüntüləri əsasında xərçəng xəstəliyini aşkar edə bilən süni intellekt modeli yaradıblar.
Publika.az The Guardian-a istinadən xəbər verir ki, süni intellekt Kral Marsden Fondu, London Xərçəng Tədqiqatları İnstitutu və London İmperial Kollecinin mütəxəssisləri tərəfindən yaradılıb. Onlar xərçəng şişlərini aşkar edən alqoritmin yazılması üçün 500-ə yaxın xəstənin görüntülərindən istifadə ediblər.
Tədqiqat müəllifinin sözlərinə görə, yaradılmış model xərçəng xəstəliklərinin erkən diaqnostikasında yüksək effektivlik göstərib.
“Ümid edirik ki, gələcəkdə bu süni intellekt yüksək riskli xəstələrin müəyyən edilməsini asanlaşdıracaq. Öz növbəsində, bu da yüksək riskli xərçəng xəstələrinin erkən aşkarlanması hesabına xəstəliyin müalicəsində daha böyük nailiyyətlər əldə edilməsinə imkan verəcək”, - deyə tədqiqatçılardan biri Benjamin Hanter qeyd edib.
Alqoritm hazırda ilkin hazırlanma mərhələsindədir və onun səhiyyə sistemində tətbiqi üçün əlavə tədqiqatlara ehtiyac var. Lakin alimlər hesab edirlər ki, xərçəngin erkən diaqnostikasında süni intellektin üstünlükləri artıq göz qabağındadır.
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO



































