Sağlamlıq
Sarımsağın möcüzəvi gücü
Sarımsaq qədim zamanlardan bəri geniş istifadə olunan dərman bitkisidir. Xüsusilə antibakterial təsirinə görə bir çox xəstəliyin müalicəsində istifadə olunur.
Sarımsağın tərkibi 84.09% su, 13.38% üzvi və 1.53% qeyri-üzvi maddələrdən ibarətdir. 33 növ kükürd birləşmələri olan sarımsağın tərkibində sink, almanium, A, B1 və C vitaminləri var.
Yüksək miqdarda manqan, mis, selen, kalsium, fosfor, B6, B1 və C vitaminləri var. Antioksidan və iltihab əleyhinə təsirləri ilə tanınan flavonoid birləşmələri və amin turşularını ehtiva edir. Sarımsağın bir çox faydası Allicin kükürdlü birləşməsində gizlənir (sarımsağa qoxu və ləzzət verir).
Sarımsaq bir çox xəstəliyin, xüsusilə ürək xəstəliklərinin və yüksək təzyiqin qarşısını alır. Dəridə olan yaraları sürətlə sağaldır. Yuxarı tənəffüs yollarının bütün xəstəliklərində, kəskin və xroniki bronxitdə istifadə olunur. Bağırsaqda disbakterioz səbəbindən baş verən qəbizlik, ishal və ürəkbulanmalarda faydalıdır. Vərəm xəstəliyində istifadə olunur. Qaraciyərin ferment aktivliyini artırır, ödqovucudur, ödün tərkibini durulaşdırır. Qanı toksin və mikroblardan təmizləyir. Çox güclü əsəb sakitləşdiricidir. Əzələ qıcolmalarında faydalıdır. Zobun profilaktikasında istifadə olunur.
Qrip əleyhinə və antioksidan xüsusiyyətlərə də malikdir.
Sarımsaq xərçəngə qarşı ən qoruyucu bitkilərdən biridir.
Sümük, dəri və saç sağlamlığı üçün çox faydalıdır.
Antibiotik xüsusiyyətlərinə malik olan bu dərman bitkisinin antiviral, antifunqal və antiparazitik təsirləri də vardır. Bu səbəbdən qrip, soyuqdəymə, astma, öskürək, bronxit, badəmciklər, revmatizm və oynaqlara faydalı olduğu elmi araşdırmalarla sübut edilmişdir.
Çiy və ya bişmiş şəkildə yeyilə və hər cür tərəvəz və ət yeməklərinə əlavə edilə bilər.
Sarımsağı iyinə görə yeməyənlər qorxmasın. Sarımsaq yedikdən sonra cəfəri yemək pis qoxunu götürür. Həmçinin mixək də buna bənzər təsirə malikdir. Qoxunu azaltmaq üçün sarımsaq iri-iri doğranıb qatıqla qarışdırılır və çeynəmədən udulur.
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video



























.png)


.jpg)



