Sağlamlıq
Çörəyin insana faydaları
Rusiya Elmlər Akademiyasının alimi, qidalanma üzrə ekspert Viktor Tutelyan qida rasionunda çörəyin olmasının vacibliyini açıqlayıb.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis çörəkdən imtinanın orqanizmi ehtiyac duyduğu maddələrin çatışmazlığına məhkum etdiyini deyib.
Onun sözlərinə görə, çörəkdən imtina edən şəxs B vitaminlərinin çatışmazlığından əziyyət çəkə bilər.
“Çörəyin tərkibində B vitaminləri ilə yanaşı, sinir sistemini qoruyan manqan və maqnezium - mikroelementlər var. 100 qram tam taxıl çörəyi B1 vitamininin gündəlik dəyərinin demək olar ki, yarısını ehtiva edir. Əgər vitamin çatmazsa, insan əsəbiləşir, daha tez yorulur, əzələ zəifliyi yaranır”, - deyə akademik Tutelyan xəbərdarlıq edib.
Alim onu da xatırladıb ki, çörək qidanı yaxşı həzm etməyə kömək edir, bağırsaqlarda faydalı bakteriya florasının inkişafı üçün lazım olan qida lifi ilə təmin edir.
Viktor Tutelyanın fikrincə, qidalanmada boz, qara, çovdar çörəklərinə üstünlük verilməlidir.(qafqazinfo)
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi



































.jpg)


