Sağlamlıq
Qadınlarda vaginal göbələk nədən yaranır?
Göbələk xəstəliyi uşaqlıq yolunun göbələk tərəfindən törədilən iltihabıdır. Xəstəliyin bilavasitə törədicisi Candida adlanan göbələkdir. Ginekoloqlar göbələk xəstəliyini kandidoz adlandırırlar.
Publika.az xəbər verir ki, bu sözləri ginekoloq Xuraman Əlibəyli deyib. Vaginal göbələklərdən danışan həkim bildirib ki, göbələk xəstəliyini yaradan kandida göbələyi sağlam olan hər qız və qadının orqanizmində yaşayır.
"Normada bu göbələk az miqdarda bağırsaq və uşaqlıq yolunda da olur. Kandida göbələyi uşaqlıq yolunun normal mikroflorasını təşkil edən faydalı bakteriyalar üçün qidadır. Lakin hansısa səbəbdən faydalı bakteriyalar məhv ola bilər. Bu zaman göbələyin miqdarı əhəmiyyətli şəkildə artır və göbələk xəstəliyinin simptomları meydana gəlir", - doktor qeyd edib və göbələk xəstəliyinin 10 əsas səbəblərini aşağıda sıralayıb:
- Antibiotiklər;
- Hamiləlik əleyhinə dərman preparatlarının qəbul edilməsi;
- Stress;
- Şirniyyatlar;
- Pivə;
- Bağırsaq disbakteriozu;
- Qəbizlik;
- Şəkərli diabet;
- Prezervativlərdən, spermitsidlərdən, tamponlardan istifadə edilməsi;
- Düzgün yuyunmamaq.
Aytən
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO


































