Sağlamlıq
Bir gündə nə qədər qazlı içki içə bilərik?
Gündəlik icazə verilən şəkər miqdarı 20-25 qramdır ki, bu da bir stəkan kola və ya hər hansı digər şirin qazlı içkiyə bərabərdir.
Publika.az xəbər verir ki, bu barədə "Gazeta.ru"ya Sağlam Qidalanma üzrə Milli Tədqiqat Mərkəzinin direktor müavini, məsləhətçi dietoloq Aleksey Kabanov məlumat verib.
"Həddindən artıq şəkər qəbul etmək ürək-damar xəstəliklərinin, 2-ci tip şəkərli diabetin və aterosklerozun əsas səbəbidir. Məsələ burasındadır ki, şəkər həm şirələrə, həm konservlərə, həm də souslara əlavə olunur. Bundan əlavə, qəhvə və çaya şəkər əlavə edirik, şirniyyat yeyirik. Nəticədə şəkər istehlakının səviyyəsi dəfələrlə artır. Bu vəziyyət sözün əsl mənasında ürək-damar xəstəlikləri, şəkərli diabet və piylənmə epidemiyasına gətirib çıxarır”, - mütəxəssis izah edib.
Artıq çəkisi, şəkərli diabeti, ürək-damar xəstəlikləri riski yüksək olan və ya yüksək xolesterini olan insanlar şəkərdən uzaq durmalıdır. Kabanov bizə innovativ şəkər əvəzləyicilər haqqında düşünməyi tövsiyə edib.
“Şəkər təbii dadlandırıcılarla əvəz edilə bilər. Son zamanlarda innovativ şəkər əvəzləyiciləri, yəni şirin zülallar haqqında getdikcə daha çox danışılır. Bu maddələr, digər dadlandırıcılardan fərqli olaraq, karbohidratlar deyil, zülallardır. Onların demək olar ki, heç bir kalorisi yoxdur, şəkərdən çox şirindir və Afrika bitkilərindən sintez olunur. Bunlara mabinlin, kurkulin, mirakulin və başqaları daxildir”, - Kabanov qeyd edib.
Aytən
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı






































