Sağlamlıq
Onu çiy yemək lazımdır: Həkim çuğundurun kişilərə təsirini açıqladı
Bəzi qidalar, hətta faydalı məhsullar da kişi libidosuna mənfi təsir göstərə bilər.
Publika.az xəbər verir ki, bu barədə "Подмосковье сегодня" xəbər saytına Vidnovskaya Klinik Xəstəxanasının uroloqu Zaqid Asaxanov məlumat verib.
"İlk növbədə, soya məhsullarından imtina etməlisiniz. Çox yesəniz, bədəndə testosteronun səviyyəsi azalacaq, çünki bu məhsulda qadın hormonu estrogeninə bənzər fitoestrogenlər var. Bu səbəbdən kişi hansısa serialı intim yaxınlıqdan üstün tuta bilər", - mütəxəssis qeyd edib.
Paxlalı bitkilərdə də çoxlu miqdarda fitoestrogen var: noxud, lobya, mərcimək və s. Bundan əlavə, bu qidalar şişkinliyə səbəb ola bilər. Asaxanov pivəni, həmçinin kvas, çörək və digər maya məhsullarını da qara siyahıya salıb.
Ancaq əlavə edib ki, çuğundur libidonu artırmağa kömək edə bilər. Çuğundur qan dövranını yaxşılaşdırır, həmçinin testosteronu artıran və cinsi istəyə birbaşa təsir edən bor ehtiva edir. Bununla belə, həkim qeyd edib ki, tərəvəz təzə və çiy olmalıdır. Belə ki, qaynama zamanı bitki faydalı xüsusiyyətlərinin itirir.
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı






































