Sağlamlıq
81 yaşlı kişi 3 dəfə xərçəngdən xilas olub: Görün nə edib
Les Metyus adlı 81 yaşlı Britaniya sakini 3 dəfə xərçəng diaqnozu qoyulduğunu, lakin sağaldığını bildirib.
Publika.az xəbər verir ki, həmin adamın başına gələnləri "Echo" dərc edib.
Metyus ilk dəfə 1993-cü ildə xərçəng xəstəliyinə tutulub. Sonra ağzında bir neçə həftə sağalmayan xora aşkar edib. Ailəsi onu həkimə getməyə məcbur edib və dilindən götürülən biopsi nəticəsində xərçəng olduğu məlum olub.
"Tezliklə dilimin böyük bir hissəsini çıxarmaq üçün əməliyyat olundum", - deyə Metyus bildirib.
Metyusun şişi çıxarılıb və ona radiasiya terapiyası verilib. Britaniyalı 2018-ci ildə üçüncü dəfə xərçəng xəstəliyinə tutulub. Daha sonra özünü pis hiss etməsi və öskürərkən ağzından qan gəlməsi səbəbindən həkimə müraciət edib. Müayinə zamanı onun ağciyər xərçəngi olduğu məlum olub.
Kişi vaxtında həkimlərə müraciət etdiyi üçün sağaldığına inanır.
“Hər dəfə şanslı idim. Xərçəng erkən mərhələdə aşkar edildi. Hər dəfə simptomlara dərhal cavab verdim və bu, öz nəticəsini verdi. Keçən ildən bəri xərçəngdən azadam, amma ağciyərimin yarısı və dilimin bir hissəsi çatışmır”, - britaniyalı bildirib.
Adəm
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
















.jpg)



















