Hansı xallar xərçəngin xəbərçisidir?
Bizi izləyin

Sağlamlıq

Hansı xallar xərçəngin xəbərçisidir?

Bədəninizdə olan xallara diqqətlə baxın. Onların bəziləri sizi təhlükəli xəstəliklərdən xəbərdar edə bilərlər. Belə ki, son illər aparılan araşdırmalar xalların dəri xərçənginin işarəti ola biləcəyini ortaya çıxarıb. Təbii ki, bu, bütün xallar üçün keçərli deyil.

Bəs hansı xalları təhküləli hesab etmək olar?

Xərçəngin xəbərçisi hesab edilən xalların xarakterik xüsusiyyətlərini təqdim edir:

Mütəxəssislər bildirirlər ki, uşağın bədənində doğuşdan bir neçə gün sonra görünən xallar o qədər də təhlükəli deyil. Ancaq xalın ölçüsünə diqqət etmək lazımdır. “Doğuş izi” adlandırılan iri və tünd rəngli xallar gələcəkdəki təhlükələrin ilk işarəti ola bilər. Belə xala sahib insanlar ildə bir dəfə həkim müayinəsindən keçməlidirlər.

Müəyyən yaş həddindən sonra yaranan xallar isə daha təhlükəlidir. Belə xallara hər gün nəzər yetirmək lazımdır. Əgər xalın rəngində və ya ölçüsündə dəyişiklik baş veribsə, dermatoloqa müraciət etmək lazımdır.

Həmçinin, simmetrik olmayan, xalın müxtəlif rənglərdə olması, 6 millimetrdən böyük olması da təhlükə siqnallarının çalınması deməkdir.

Dermatoloqlar bildirirlər ki, xalın əməliyyatla götürülməsinin zərərli olduğu ilə bağlı fikir tamamilə yanlışdır. Hətta bəzi xallar mütləq götürülməlidir.

Çünki problemli xal daha sonra xərçəngə çevrilə bilər.

Hansı xalları əməliyyatla götürmək lazımdır?

Analizlər zamanı xalda riskli dəyişikliklər müşahidə edilibsə;

Əgər xalın üzərində tüklər çıxıbsa;

Xal genital bölgə kimi xəstəni narahat edə biləcək yerlərdə yaranıbsa;

Rəngi gah qırmızı, gah da qəhvəyi olursa;

Ölçüsü çox böyükdürsə;

Bir sözlə, bədəninizə tez-tez göz gəzdirin və xallarınızda olan dəyişiklikləri nəzərdən qaçırmamağa çalışın.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm