Sağlamlıq
Qoltuqaltının qaralmasının qarşısını almağın 5 yolu
Yayın gəlməsi ilə birlikdə qolu açıq, dekolte geyimlərə üstünlük veririk. Amma xanımlar dekolteli və ya qolu açıq geyimləri həmişə rahatlıqla geyinə bilmirlər. Buna səbəb isə qoltuq altlarının ləkəli və qara olmasıdır. Publika.az-ın gözəllik bölməsi qoltuqaltı üçün faydalı məsləhətləri təqdim edir:
1. Sirkə: Düyü unu ilə sirkəni qarışdıraraq əldə etdiyiniz məcunu duşdan sonra qoltuqaltına sürün. Quruduqdan sonra yaxalayın. Bu qarışıq yalnız dəri rəngini açmır, eyni zamanda qoxuya səbəb olan bakteriyaların ölməsini də təmin edir.
2. Portağal qabığı: Portağal qabığını günəşdə qurutduqdan sonra rəndələyin və içinə gül suyu əlavə edərək maska əldə edin. Bu qarışığı qoltuqaltına çəkin və quruduqdan sonra soyuq su ilə yaxalayın. Ölü hüceyrələrin ölməsinə və dərinin rənginin açılmasına yardım edəcək.
3. Limon: Limon dəri qaralması ilə bağlı yaranan problemlərdə ağla gələn ilk çıxış yollarından biridir. Dərini təmizləyir və ağardır. Qalın limon dilimi ilə qoltuqaltına silib sonra yaxalayın. Limon dərini qurutduğu üçün sonra mütləq nəmləndirici istifadə edin.
4. Səndəl ağacı: Səndəl ağacnını tozu və gül suyunu qarışdırıb əldə etdiyiniz məcunu qoltuqaltına sürtün. Səndəl ağacı dəri rənginin açılmasını təmin edir. Gül suyu dəriyə sərinlik və yumşaqlıq verir. 15 dəqiqə gözlədikdən sonra yaxalayın.
5. Karbonat: Mətbəxdə istifadə olunan karbonat gözəllik məqsədiylə də istifadə olunur və dəri rənginin açılmasına da yardımçı olur. Su ilə qarışdırılaraq əldə edilən məcunu mütəmadi olaraq qoltuqaltlarına çəkin və yaxalayın.
Fidan
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO






















.jpg)















