Sağlamlıq
Yumurtanın arıqlamağa kömək edən 6 xüsusiyyəti
Yumurta pəhriz saxlayanların ən yaxşı dostu hesab edilir. Bəs, görəsən, onun tərkibindəki hansı maddələr arıqlama prosesini sürətləndirir? Bu sualın cavabını axtarırsınızsa, Publika.az-ın təqdim etdiyi araşdırma məhz sizin üçündür:
1.Yumurtanın tərkibindəki kolin arıqlamağa kömək edən ən təsirli maddələrdən biridir. Bu maddə insanı xərçəngdən qoruyur.
2. Yumurta təbii D vitamini qaynağıdır. Sümüklərin sağlamlığı üçün D vitamininin əvəzedilməz rol oynadığını bilirik. Ancaq D vitamini həm də arıqlamağa kömək edir ki, bundan da az adam xəbərdardır.
3.Yumurtanın tərkibində olan vitaminlərdən biri də B6-dır. Bu vitamin özünüzü tox hiss etməyinizə səbəb olur. Həmçinin, maddələr mübadiləsini sürətləndirərək daha çox kalori xərcləməyə kömək edir.
4. Yumurta faydalı zülallarla da zəngindir. 1 ədəd yumurtada 6 qram zülal var. Siz zülalla zəngin qidalandıqca bədəniniz daha çox enerji sərf etməli olacaq. Nəticədə nəinki artıq çəki problemi qalmayacaq, hətta diqqətçəkici əzələlərə də sahib olacaqsınız.
Səhərlər 1 ədəd bütöv yumurta və iki ədəd yumurtanın ağını yeyin. Bu sizi uzun müddət tox saxlayacaq, gün içərisində daha az yeməyinizə səbəb olacaq.
5.Əgər arıqlamaq istəyirsinizsə, yağ turşuları ilə zəngin olan qidalar yeməlisiniz. Təbii ki, belə qidalardan ən güclüsü yumurtadır. Yumurtanın ehtiva etdiyi doymamış yağlar orqanizmdəki artıq yağların yandırılmasını sürətləndirir.
6. Yumurta amin turşularından biri olan lösinlə zəngindir. Lösin maddələr mübadiləsini sürətləndirir, əzələləri möhkəmləndirir və məşq edə bilməyiniz üçün sizə lazım olan enerjini verir.
Ləman Sultan
-
Sosial19:36Sabah Biləsuvarın bir hissəsi qazsız qalacaq
-
Sosial19:00Korrupsiya törədən 13 nəfər cinayət başında yaxalanılıb
-
Cənubi Qafqaz17:47Rusiya bazarından üz döndərən Ermənistan bu ölkəni seçdi
-
Magazin114:30Azəri qızı Günel təhqirlərə dözmədi: “Hamınızı ifşa edəcəyəm” - VİDEO
-
Sosial13:46İşçilər ixtisar edilir, dövlət texnikası isə... - Zaqatala Yol İdarəsində nə baş verir?
-
İdman13:26Pikfordun gizli qeydləri aşkar edildi, Messi şoka düşdü - FOTO
-
Dünya11:48Netanyahudan Türkiyə etirafı: Bu şəhəri ələ keçirmək istəyirlər
-
Rəsmi xronika11:13İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi















.jpg)





















