Səhiyyə
Nikaha girmək istəyən 280 nəfər həkimdən bəd xəbər aldı - AÇIQLAMA
Mart ayı ərzində nikaha daxil olmaq istəyən 9581 cütlük tibbi müayinədən keçib, onlardan 279 nəfərdə müxtəlif xəstəlik və daşıyıcılıq aşkarlanıb.
Bu barədə Publika.az-a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib
Onun sözlərinə görə, müayinədən keçən 5 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkarlanıb.
“Müayinədən keçən 240 nəfərdə talassemiya daşıyıcılığı, 19 nəfərdə QİÇS, 20 nəfərdə siflis aşkar olunub. Hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan cütlüklərə ailə quracaqları halda hamiləlik zamanı perenatal müayinə üçün müraciət olunması tövsiyə edilir”.
Z.Əlimirzəyeva bildirib ki, prenatal müayinə zamanı xəstəlik aşkarlanan uşaqların hamısı tibbi abort olunub:
“Hər bir ailə ilə fərdi qaydada söhbətlər aparılıb. Onlara xəstə uşaqların dünyaya gətirilməsi problemləri izah edilib. Nikahları bu müayinələrin icbari olmasından əvvəlki dövrdə baş tutan ailələr də 2-ci, 3-cü uşaqlarının xəstə və ya daşıyıcı olub-olmammasını pulsuz müayinə etdirə bilərlər. Biz həmin ailələri Respublika Prenatal Mərkəzə yönləndiririk. Dölyanı mayenin dəqiq müayinəsi aparılır”.
Gülxar
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur



































.jpg)
.jpg)

