Səhiyyə
Alimlər xərçənglə bağlı İNANILMAZ NƏTİCƏYƏ GƏLDİ: aktiv cinsi həyat...
Harvard Universitetinin alimləri cinsi həyat və prostat xərçəngi arasındakı bağlılığa dair araşdırma aparıblar.
Publika.az “Milliyyət” nəşrinə istinadən xəbər verir ki, urologiya mütəxəssisi Can Öbek Harvard Universitetinin araşdırmasına diqqət çəkərək aktiv cinsi həyatın kişilərdə prostat xərçənginin inkişafının yavaşlatdığını bildirib.
Prostat vəzi kişi cinsiyyət üzvlərindən biridir, qarın boşluğunda sidik kisəsınin altında yerləşir və içindən sidik kanalının bir hissəsi keçir. Əsas vəzifəsi prostat şirəsi hasil etməkdir ki, bununla o kişilərin cinsi fəaliyyəti və nəsilartırmasında müstəsna rol oynayır.
Qeyd edək ki, prostat xərçəngi Qərb ölkələrində kişilərdə ən çox qeydə alınan xərçəng növüdür. Bəzi ölkələrdə hər 6 kişidən 1-i həyatı boyu prostat xərçəngi ilə tanış olur. Hazırda dünyada 4 milyon insana bu xəstəliyin diaqnozu qoyulub.
Prostat xərçənginin səbəbi açıq şəkildə müəyyən edilməmişdir. Bununla belə, coğrafi bölgə və həyat tərzi ilə prostat xərçəngi arasında bağlılığın olduğu bildirilir. Cinsi fəaliyyət və prostat xərçəngi arasında bir bağlılığın olub-olmadığı da uzun illər elm dünyasını məşğul edən bir mövzudur.
Bəzi tədqiqatlar göstərir ki, aktiv cinsi həyat prostat xərçəngi ehtimalını artırır. Amma bəzi tədqiqatlar bunun əksini göstərir. Lakin, yeni elmi bioloji məlumatların əldə edilməsindən sonra aktiv cinsi həyatının prostat xərçənginə qarşı qoruyucu ola biləcəyi fikri ağırlıq qazanmağa başlayıb.
Harvard Universitetindən bir qrup tədqiqatçı 2016-cı ildə təxminən 32 min kişi üzərində apardıqları tədqiqatın nəticələrini açıqlayıblar. Nəticələrə görə, gənc (20-29) və orta (40-49) yaş dövrlərində daha aktiv cinsi həyatı olan kişilərdə gələcək həyatlarında prostat xərçənginin inkişafı ləngiyir.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi


































