Səhiyyə
Gələn ildən İcbari Tibbi Sığorta mərhələli şəkildə tətbiq ediləcək
2020-ci ildən etibarən İcbari Tibbi Sığorta mərhələli şəkildə tətbiq ediləcək.
Publika.az xəbər verir ki, bunu Milli Məcılisdə çıxışı zamanı Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.
Komitə sədri əlavə edib ki, bu gün deputatların müzakirəsinə təqdim edilən “Tibbi sığorta haqqında” qanun layihəsi bu baxımdan əhəmiyyət daşıyır.
Akademik əlavə edib ki, ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı işlər aparılıb, pilot layihələr keçirilib, başqa ölkələrin təcrübəsi öyrənilib.
Onun sözlərinə görə, icbari tibbi sığorta Azərbaycan Prezidentinin həyata keçirdiyi social islahatların vacib komponenti, böyük sosial proqramdır: “Komitədə bu məsələni geniş müzakirə etdik. İcbari tibbi sığortanın 2020-ci ildən ölkə üzrə həyata keçirilməsi tam realdır. Bu prosesin mərhələli şəkildə həyata keçirilməsi mümkündür. Bunun üçün icbari tibbi sığortanın qanunvericiliyi olmalıdır. 20 il əvvəl qanun hazırlanıb. Bir il əvvəl qanunda 100-dən artıq dəyişiklik etdik. İndi təqdim edilən layihədə 8 maddəyə 126 əlavə və dəişikliklər təklif olunur”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zair Əliyev deyib ki, 2018-ci ilin dekabrında “Tibbi sığorta haqqında” qanuna dəyişikliyə edilib: “Bu icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı olub. Biz tibb müəssisələrinin hazırlığına dair işlər görmüşdük. Ümumi baza sisteminin qurulması həyata keçirilib. Eləcə də inzibati quruculuq işlərinə dair məsələlər öz həllini tapıb. İstər tibb müəssisələrinin tibbi heyəti, istərsə də əhalimiz bu xidmətdən məlumatlı deyil, çünki əhali bu xidmətlərdən istifadə etməyib. Biz bunu pilot layihələri zamanı da gördük. Odur ki, prosesin mürəkkəbliyini, tibb müəssisələrinin maliyyələşməsinin köklü dəyişməsini nəzərə alaraq tibbi sığortanın mərhələli şəkildə tətbiqini təklif edirik. Birinci rübdə 20 rayonda icbari tibbi sılğorta tətbiq ediləcək. Bu, şimal rayonlarıdır. İkinci rübdə qərb bölgəsini əhatə edəcək 17 rayonda proses başlanılacaq. Üçüncü rübdə cənub bölgəsini əhatə edən 14 rayonda da bu işlərə başlanılacaq. Dördüncü rübdə isə Bakı, Sumqayıt və Abşeronda icbari tibbi sığortanın tətbiqi ilə xidmət ölkə üzrə tam işləyəcək”.
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ










.jpg)


























