Səhiyyə
Həkim çatışmazlığı yarana bilər: “ATU-nun 57 həkiminin taleyinin necə olacağı bilinmir”
Azərbaycan Tibb Universitetinin (ATU) 57 həkimi koronavirusa yoluxub. Onlardan 33-ü Tədris Cərrahiyyə Klinikasında, 24-ü isə Tədris-Terapevtik Klinikasında çalışan həkimlərdir. Tədris Cərrahiyyə Klinikasının müalicədə olan həkimlərinin 6-nın vəziyyəti ağır, 15-i orta ağırdır, digər 6-nın vəziyyəti isə yüngüldür.
Publika.az-a danışan Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat katibi Günel Aslan bildirib ki, Tədris Cərrahiyyə Klinikasında virusa yoluxan həkimlərin 6-sı sağalaraq evə buraxılıb:
“Hazırda xəstə sayı çoxdur və həkimlərimiz gücləndirilmiş iş rejimində çalışırlar. Onların hər bir qorunma vasitəsi var. Lakin bu gərgin rejimdə istər-istəməz immunitet aşağı düşür. Xoşbəxtlikdən həkimlərimiz arasında ölüm faktı qeydə alınmayıb. Universitetin xəstəxanaları ölkəmizdə virus yayılan gündən COVID-19-la mübarizədə iştirak edir. Bu yoluxma rəqəmləri də virusun yayıldığı gündən bəri qeydə alınan statistikadır”.
Professor, həkim-cərrah Adil Qeybulla isə Tibb Universitetinin bütün həkim kollektivinin hazırda koronavirusla mübarizədə iştirak etdiyini qeyd edib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda tibb alimlərinin çalışdığı tibb ocağı məhz ATU-dur:
“Tibb Universiteti tədris müəssisəsi olmaqla yanaşı, həm də müalicə müəssisəsidir. Hazırda ATU-nun iki böyük klinikası koronaviruslu xəstələrin müalicəsinə cəlb olunub. Xeyli həkimlərimiz bu prosesdə iştirak edir. Çünki daxildə, birbaşa xəstələrlə təmas olan yerlərdə onlarla məşğul olan həkimlərin əksəriyyəti məhz Tibb Universitetinin həkimləridir. Yəni, onlar birbaşa bu xəstələrlə məşğul olurlar. Onların gecəsi-gündüzü yoxdur. Orada elə həkim var ki, aylardır evinə dönməyib. Əlbəttə, onların xəstələnmə riski çox yüksəkdir. Bu gün ən böyük fədakarlıq göstərən müalicə ocağı Azərbaycan Tibb Universitetidir. O baxımdan da bu kollektivin içində xeyli yoluxma var. Hazırda ATU-nun 57 həkimi virusa yoluxub, onlar xəstəxanaya yerləşdiriliblər. Talelərinin necə olacağı bilinmir”.
Professor bildirib ki, xeyli tibb işçisi virusa yoluxarsa, ciddi həkim çatışmazlığı yarana bilər. Bu baxımdan da insanların məsuliyyətli olması çox vacibdir:
“Situasiya xeyli ciddidir. Çünki yoluxma potensialı yüksək olduqca həm palata, həm də həkim çatışmazlığı yarana bilər. Onlar 8-10 saat xüsusi formada xəstə ilə məşğul olurlar. Özlərini qorumalarına baxmayaraq, yoluxma riskləri çox yüksəkdir. Həkim koronaviruslu xəstə ilə 20-30 sm-lik məsafədə onun boğazını təmizləyir, tibbi yardım göstərir və daim təmasda olur. Orada böyük bir virus mühiti var. Nə qədər qorunsalar belə, onların virusa yoluxma ehtimalı yüksək olaraq qalır”.
Akqabay Mıradov
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək