Səhiyyə
Rayon qeydiyyatında olub Bakıda işləyənlərin NƏZƏRİNƏ - Aprelin 1-dən...
İcbari tibbi sığorta hazırda respublikanın 59 şəhər və rayonunda (Mingəçevir, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax, Ağdaş, Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul), eləcə də Naxçıvan Muxtar Respublikasında tətbiq olunur. Sözügedən ərazilərdə rəsmi qeydiyyatda olan şəxslər icbari tibbi sığortanın Xidmətlər Zərfindən istifadə edə bilirlər.
Bu barədə İcbari Tibbi Sığorta Agentliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir.
"2021-ci il aprel ayından isə Bakı, Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan şəxslər icbari tibbi sığortanın Xidmətlər Zərfindən istifadə edəcəklər.
Bakıda işləyən, lakin rayonda qeydiyyatda olan vətəndaş icbari tibbi sığortadan aşağıdakı qaydada istifadə edə bilər:
1. Məsələn, vətəndaş Quba rayonunda qeydiyyatdadır. Lakin Bakı şəhərində işləyir. Quba rayonunda hazırda icbari tibbi sığorta tətbiq edilir. Şəxs Quba rayonunda ilkin səhiyyə xidməti göstərən dövlət tibb müəssisəsinə müraciət edərək qeydiyyata düşməli və ailə həkimini seçməlidir. Səhhətində yaranan narahatçılıqla bağlı ilk növbədə ailə həkiminə müraciət etməlidir. Ehtiyac olduqda ailə həkimi ixtisaslı həkimə göndəriş verir. Göndəriş əsasında tibb müəssisəsinə müraciət edən vətəndaş icbari tibbi sığortanın Xidmətlər Zərfindən yararlanır.
2. Yaxud da ki, rayonda qeydiyyatda olan, lakin Bakıda işləyən vətəndaş 1 aprel tarixindən paytaxtda icbari tibbi sığortadan istifadə edə bilər. Bunun üçün isə olduğu yer üzrə müvəqqəti qeydiyyata düşməlidir. Belə ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Qanuna əsasən yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində Daxili İşlər Nazirliyinə müraciət edərək olduğu yer üzrə müvəqqəti qeydiyyata düşməlidir. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyat ünvanı ilə faktiki yaşadığı ünvanı fərqli inzibati ərazilər olarsa tibb müəssisəsinə müvəqqəti qeydiyyata alınma ilə bağlı sənəd təqdim etməlidir. (xezerxeber)
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp



























.jpg)
.jpg)






