Səhiyyə
MDB ölkələri mikrobla mübarizə üçün bir araya gəldilər
MDB-yə üzv dövlətlərin mikrob əleyhinə preparatlara qarşı müqavimətin qarşısının alınmasına dair işçi qrupunun onlayn formatda iclası keçirilib.
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, iştirakçılar planın layihəsini, MDB ölkələrindən alınan rəy və təklifləri müzakirə ediblər. Qərara alınıb ki, sənəd üzərində işlər geniş idarələrarası tərkibdə davam etdirilsin və bu ilin aprelində videokonfrans vasitəsilə işçi qrupun iclası keçirilsin.
Planın qəbul edilməsinin zəruriliyi MDB-yə üzv ölkələr və digər dövlətlər üçün bioloji və iqtisadi təhlükəsizliyə təhdid yaradan mikroblar əleyhinə preparatlara davamlılığın yayılması ilə əlaqələndirilir.
Sənədin məqsədi birlik ölkələri arasında əməkdaşlığı inkişaf etdirmək, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı da (ƏKTT) daxil olmaqla, beynəlxalq qurumların təsdiqlədiyi sağlamlığa qənaət vasitələrinin ən yaxşı təcrübələrinin mübadiləsinə əsaslanaraq bu fenomenə qarşı mübarizədə onların fəaliyyətini əlaqələndirməkdir.
Planın həyata keçirilməsi beynəlxalq hüququn prinsip və normalarına, beynəlxalq öhdəliklərə və Birlik ölkələrinin qanunvericiliyinə uyğun aparılacaq.
Qeyd edək ki, sənəd üzərində iş ictimai sağlamlıq, iqtisadiyyat, kənd təsərrüfatı, baytarlıq, gigiyena və sanitariya, epidemiologiya və mikrobiologiya, qida məhsullarının təhlükəsizliyi və digər sahələrdə mütəxəssislər cəlb edilməklə “vahid sağlamlıq” konsepsiyası kontekstində aparılır.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur



































.jpg)
.jpg)

