Səhiyyə
Yoluxma və ölüm sayı artır: Koronavirusun yeni dalğasından necə qoruna bilərik?
Yeni yoluxma: 1736; Sağalanların sayı: 435; Vəfat edənlərin sayı: 12;
Bu, Azərbaycanda 24 saatda koronavirus statistikasının son rəsmi rəqəmləridir. Vəziyyət getdikcə pisləşir. Əgər iki həftə öncə gündəik yoluxma 272 idisə, indi 2 minə yaxınlaşmaqdadır. Ölüm statistikasındakı artım tempi də vəziyyətin çətinləşdiyindən xəbər verir.
2020-ci ildən bütün dünyanın bəlasına çevrilən pandemiyaya qarşı Azərbaycanın mübarizə strategiyası kifayət qədər effektiv olub. Atılan addımlar nəticəsində yoluxma zaman-zaman aşağı salınıb, vəziyyətin daha da pisləşməsinin qarşısı alınıb.
Ən vacib addımlardan biri Azərbaycanda pandemiya ilə mübarizə üçün zəruri infrastruktur yaradılması, bütün texniki-təşkilati məsələlərin uğurla həll edilməsi idi. İstər mobil tipli klinikaların açılması, istər xəstəxanalarda çarpayı sayının artırılması, istər mütəxəssislərin ölkəyə dəvət olunması, istərsə karantin strategiyasının tətbiqində uğurlu addımlar atılıb. Xüsusilə karantin dövründə sosial addımları ilə dünya üçün nümunə oldu. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı COVİD-19-la mübarizədə nümunəvi ölkə kimi göstərib.
Azərbaycan dünyanın aparıcı ölkələri ilə eyni vaxtda vaksinasiya prosesinə başlaması da COVİD-19-a qarşı mübarizəyə verdiyi önəmin ən bariz nümunəsi hesab oluna bilər.
COVİD-19-la effektli mübarizə nəticəsində yoluxma statistikası minimuma endirildi və bu göstəricilər imkan verdi ki:
- karantin rejimi yumşaldıldı;
- qadağaların böyük qismi götürürdü;
- açıq havadan maska taxmaq tələbi ləğv olundu;
- restoran və ticarət obyektləri, o cümlədən, metro açıldı;
- şənlik mərasimlərinə icazə verildi;
Bu, pandemiyanın başlanmasından sonra insanların ən çox istədiyi məsələlər idi və koronavirusa qarşı effektiv mübarizə bütün bunların reallaşması şəraitini yaratdı. Lakin bu, həm də yoluxma sayının artması ilə nəticələndi. Çünki tətil mövsümündə həm ölkə daxili gediş-gəliş, həm də xarici ölkələrə gediş-gəliş artdı. Bununla yanaşı, etiraf edilməlidir ki, vətəndaşların arxayınlığı, gigiyena və təhlükəsizlik qaydalarına əməl etməməsi də vəziyyətin pisləşməsinə zəmin oldu.
Və hazırda xoşagəlməz nəticə yaranıb: xəstəxanalara müraciət edənlər kimi, ağır vəziyyətdə reanimasiyaya düşənlərin, habelə ölüm hallarının sayında ciddi artım var.
Eyni vəziyyət təkcə Azərbaycanda yox, dünyanın digər ölkələrində də müşahidə olunur, xüsusilə region ölkələrində yoluxma halları sürətlə artır.
Türkiyə: gündəlik yoluxma son 3 ayda maksimum həddə çatıb; iyul ayı ilə müqayisədə yoluxanların sayı 6 dəfə artıb; iyunda bu rəqəm 5-7 min idi, indi isə 22-25 min təşkil edir;
Gürcüstan: son sutkada 3344 nəfər yoluxub, 30 nəfər vəfat edib;
Rusiya: təkcə paytaxt Moskvada son sutka ərzində yoluxanların sayında 20 faizlik artım qeydə alınıb;
İran: yoluxmada son vaxtların maksimum göstəricisi qeydə alınıb – bir gündə 39 min 619 yoluxma;
Ölkəmizdə vəziyyətin daha da pisləşməməsi üçün vətəndaşlar nə etməlidir?
1. Vaksiyasiya prosesi sürətlənməlidir;
2. Qapalı məkanlarda maskadan istifadə, sosial məsafənin saxlanılması, gigiyena qaydalarına əməl edilməsinin zəruriliyi artırılmalıdır;
Əks təqdirdə, yoluxma və ölüm sayında mövcud artım tempi belə davam edə və məhdudiyyətlərin tətbiqi məsələsi yenidən gündəmə gələ bilər.
Xüsusilə virusun yeni ştammlarının region ölkələrində yayılması bizim üçün siqnaldır. ÜST-ün ekspertləri qeyd edirlər ki, “yeni ştammların da yarana bilər, hətta onların sayı o qədər arta bilər ki, yunan əlifbasında hərflər çatmaz. ABŞ-ın baş infeksionisti isə qeyd edir ki, vaksinlərə qarşı müqavimət göstərə bilən ştammlar peyda ola bilər.
Bu, Azərbaycan əhalisi üçün ciddi xəbərdarlıqdır. Vəziyyətin daha da ağırlaşmaması, yeni qadağaların olmaması üçün məsuliyyətli olmalıyıq.
Asif
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...