Səhiyyə
Vaksinasiya payızda yoluxmaların qarşısını ala biləcək? - Həkim danışdı
Son günlərdə yoluxanların sayının azalması yeni dalğanın sönməyə başlamasının əlamətidir. Əfsuslar olsun ki, dalğa sönməyə doğru getsə də, qarşıdakı 2-3 həftə ərzində xəstəxanada xəstələrin ağırlaşması və ölüm halları ilə qarşılaşacağıq. Əsas məsələ bundan sonra olacaq yeni dalğalar qarşısında, xüsusən payız aylarında mövsümlə əlaqədar olaraq cəmiyyətin xəstəliklə mübarizədə daha az itkilərlə qalib çıxmasıdır.
Bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Publika.az-a açıqlamasında deyib. Millət vəkili bildirib ki, dördüncü dalğanın sönməyə başladığı bir dönəmdə cəmiyyətin hər bir üzvü vaksinasiya olunmaqla payız aylarında gözlənilən böyük dalğalar qarşısında təhlükəsizliyimizi təmin etməyə çalışmalıdır:

“Unutmaq olmaz ki, dalğanın şiddətinin artdığı dönəmlərdə edilən peyvəndlərin həmin dövrdə bizə faydası yoxdur. Peyvəndin hər iki dozası tamamlandıqdan iki həftə sonra istənilən effekt əldə olunur. Odur ki, bunu nəzərə alaraq cəmiyyətin indidən vaksinasiyada aktiv iştirak etməsi tövsiyə olunur. Dalğanın ən pik nöqtələrində şahidi olduq ki, insanların vaksin olunması üçün kütləvi şəkildə müraciətlərin çoxalması həm də yoluxmanın artması üçün zəmin yaradır. Bunu nəzərə alsaq, sönmüş dalğa dönəmində insanların peyvəndlənmə məsələsinə daha həssas yanaşmaları tövsiyə olunur.
Dünyada aparılan tədqiqatlar onu göstərir ki, hazırda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul və tövsiyə olunan bütün peyvəndlərin qoruyuculuğu yüksəkdir. Xüsusən reanimasiyalarda ağırlaşmalar və ölüm riskinin qarşısının alınması yönündə onların effektivliyi artıq sübuta yetirilib. Amma unutmaq olmaz ki, xüsusən "Sinovac" peyvəndində 6 aylıq müddət keçdikdən sonra effektivlik azalmağa doğru gedir. Bunu nəzərə alaraq istər "Sinovac", istərsə də başqa bir peyvəndin üçüncü dozası vaxtı gələndə mütləq vurulmalıdır”.
Aytən Məftun
-
ABŞ02:00ABŞ SEPAH-ın mənzil-qərargahını belə məhv etdi - Video
-
Qoroskop01:40Günün ulduz falı: tələsik qərarlar verməyin!
-
Dünya00:55Bu gecə dünya onların sonuna şahid olacaq - İranın yeni Ali liderindən mesaj
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib






.jpg)




















.jpg)
.jpg)




