Səhiyyə
Baş infeksionistdən XƏBƏRDARLIQ: “Bu, yoluxmanı artıracaq”
Əyani tədrisin bərpa olunması insanlar arasında təmasları xeyli artırıb. Belə bir şəraitdə hava-damcı infeksiyalarının yayılması üçün münbit şərait yaranır. İnsanlar arasında təmaslar təkcə təhsil müəssisələrində deyil, eyni zamanda kənarda da artıb. Bu, xüsusən iri şəhərlərdə daha qabarıq gözə çarpır.
Bu sözləri Publika.az-a Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
Mütəxəssis bildirib ki, havaların soyuması da yoluxmaların sayına təsir edəcək:

“Digər faktoru da unutmaq olmaz. Bu, fəsil dəyişməsi, havaların soyuması ilə əlaqədar insanların daha çox qapalı məkanlarda toplanmasıdır. Beləliklə, narahatlığımız əsassız deyil. Hazırda əhali tərəfindən qoruyucu qaydalara düzgün və kütləvi əməl olunması çox önəm daşıyır. Təhsilin pandemiya dövründə aparılması qaydaları ciddi gözlənilməlidir. Müəllim heyətinin və tələbələrin vaksinasiya olunması yoluxma hallarının artmasını əngəlləyəcək əsas faktordur. Məktəblilər və tələbələr arasında koronaviruslu xəstələr aşkarlandıqda təhsil müəssisəsində yoluxma hallarının sayından və əhatəsindən asılı olaraq bir çox hallarda tam bağlanmaya getmədən ayrı-ayrı şagird və ya tələbəni, qrupu və s. təcrid etməklə prosesi nəzarətdə saxlamaq mümkündür. Ölkəmizdə vaksinasiya prosesi davam edir, onun həyatımıza pozitiv təsirləri göz qabağındadır, lakin biz hələ ki, qoyulan hədəflərə çatmamışıq”.
Aytən Məftun
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


