Səhiyyə
Pfizer peyvəndi ilə bağlı sensasion məlumat: 6 aya qədər...
Yeni bir araşdırmanın nəticələri Pfizer və BioNTech tərəfindən hazırlanan iki dozalı COVID-19 peyvəndi ikinci dozadan sonra COVID-la bağlı hospitalizasiyaya qarşı ən az altı aya qədər 90 faiz müdafiə yaratdığını ortaya çıxarıb.
Publika.az "Voice of America"ya istinadla xəbər verir ki, Pfizer və ABŞ-da yerləşən Kaiser Permanente sağlamlıq konsorsiumunun tədqiqatçıları 2020-ci ilin dekabrından bu ilin avqustuna qədər Kaiserin Cənubi Kaliforniyadakı tibbi sığortaçısı və provayder proqramına üzv olan təxminən 3,4 milyon insanın məlumatlarını izəyiblər.
Bazar ertəsi Lancent tibb jurnalında nəşr olunan araşdırmanın nəticəsi göstərir ki, peyvəndin ikinci dozasından sonra ən az altı ay ərzində virusin Delta versiyasına qarşı 93 faiz müdafiə yaradır.
Lakin tədqiqatçılar peyvəndin yoluxuculuğa qarşı təsrinin ilk aydan sonra 88 faizdən altıncı aya qədər 47 faizə qədər düşdüyünü aşkar edib.
Yeni araşdırma Avropa İttifaqının dərman tənzimləyicisi tərəfindən Pfizer-BioNTech COVID-19 peyvəndinin gücləndirici dozalarının 18 və yuxarı yaş qrupları üçün istifadəsini təsdiqləməsi ilə eyni gündə çap olunub.
Avropa Dərman Agentliyi bazar ertəsi verdiyi açıqlamada bildirib ki, Pfizer peyvəndinin gücləndirici dozası "18 yaşdan yuxarı insanlar üçün ikinci dozadan ən az 6 ay sonra nəzərə alına bilər".
Agentlik, həmçinin immuniteti çox zəifləmiş insanlara ikinci dozadan sonra ən azı 28 gün keçdikdən sonra gücləndirici dozanın tətbiq edilməli olduğunu bildirib.
Bu arada New York Times qəzeti bazar ertəsi Johnson & Johnson şirkətinin ABŞ Ərzaq və Dərman İdarəsinə təkdozalı COVID-19 peyvəndinin gücləndirici dozasını təsdiqləməsi üçün müraciət edəcəyini xəbər verib.
ABŞ-dakı dərman istehsalçısı keçən ay klinik sınaqlarda peyvəndin ikinci dozasının ilk dozadan təxminən iki ay sonra vurulmalı olduğunu və virusa qarşı təxminən 94% -ə qədər təsirili olduğunu müəyyən etdiyini bildirir.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp












.png)
















.jpg)
.jpg)





