Səhiyyə
Bu uşaqlar risk qrupundadır - XƏBƏRDARLIQ
"Şagirdlər arasında koronavirusa yoluxmaların artdığı deyilir, amma rəsmi statistikalar göstərir ki, artım yoxdur".
Publika.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O, valideynlərə uşaqlarına peyvənd vurdurmağı tövsiyə edib:
"Uşaqlarda hər hansı yanaşı xroniki xəstəlik varsa, ürək, böyrək, şəkər xəstəliyi, artıq çəkidən əziyyət çəkmə ola bilər, belə uşaqlara həqiqətən də peyvənd vurdurmaq tövsiyə olunur. Çünki təcrübələr göstərir ki, həmin uşaqlar risk qrupundadır və xəstəliyi ağır keçirirlər. Digərlərinə də tövsiyə olunur, ancaq birinci növbədə risk qrupunda olan uşaqlara vaksin vurdurulmalıdır. Valideynlər arasında aparılan maarifləndirmə işi də bu istiqamətdə olmalıdır ki, onlar peyvəndin uşağı üçün lazım olduğunu bilsinlər".
Qeyd edək ki, Səhiyyə Nazirliyi 12 yaşdan yuxarı uşaqların koronavirusa qarşı vaksinasiyasına icazə verib. Uşaqların vaksinasiyası könüllü xarakter daşıyır və tibbi göstərişlər, o cümlədən də hər iki valideynin icazəsi əsasında tətbiq edilir. Müvafiq tibbi göstəriş və hər iki valideynin icazəsi əsasında 12-15 yaşlı uşaqlara mRNT Pfizer ("Comirnaty") vaksininin vurulmasına icazə var.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi


































.jpg)

.jpg)