Səhiyyə
İnternet OYUN ASILILIĞI: ƏSƏB və DEPRESSİYA
Müasir informasiya texnologiyalarına keçid, internetin sosial həyata daxil olması insanlara həm müsbət, həm mənfi nəticələr bəxş etdi. Bəziləri bundan şəxsi bilik və bacarıqlarını artıqmaq üçün istifadə edir, digərləri isə bu yeniliyə əyləncə vasitəsi kimi baxır, vaxtının çoxunu internet oyunlara sərf edir. Bu isə ilk növbədə azyaşlıların və yeniyetmələrin psixologiyasında müəyyən problemlər əmələ gətirir, asılılığın yaranmasına səbəb olur.
Mövzu ilə bağlı fikirlərini Publika.az-a açıqlayan psixiatr-həkim Fəqan Zakirov bildirdi ki, müasir dövrdə əyləncə anlayışını kompüter, internet və digital oyunlardan ayrı düşünmək çətindir:
“Yeni şəraitin yaratdığı oyun asılılığı bütün dünyada olduğu kimi, ölkəmizdə də getdikcə artır. İnternetdən asılılıq, rəqəmsal oyunlara bağlılıq həyatın digər sahələrində problemlərə səbəb olmaqla yanaşı, təhrikedici, nəzarətsiz istifadə vərdişləri aşılayır. İnternet oyunun azarkeşi olmaq kifayət deyil, bu oyuna xərclənən müəyyən vəsait və vaxt amilləri də var. Əgər bu asılılıq bir il davam edərsə, artıq şəxsə "internet oyun asılılığı" diaqnozu qoyulur. Uşaqlar və yeniyetmelər en riskli yaş qrupudur. O şəxslərin ailə münasibətləri, məktəb, iş və yuxu kimi həyatının digər sahələrinin tənzimlənməsinə ehtiyacı var”.
Həkimin sözlərinə görə, bu cür oyunlar adama həzz verir:
“Adamın xoşuna gələn şeylərlə qarşılıqlı əlaqəyə girmək beyindəki dopamin ifrazını artırır və həmin adam bu fəaliyyətdən zövq alır. Digital oyunlar da xoşagələn mühit və məşğuliyyət yaratdığı üçün zövq yaradan xüsusiyyətə malikdir”.
Psixiatr bu oyunların hər yaşdakı insana xitab edən və asanlıqla əldə olunan əyləncə növü olduğunu deyən həmsöhbətimiz onların çoxnövlü olduğunu diqqətə çatdırdı:
“İnsan üçün hər yaşda fərqli alternativlər verir. Sadəcə, kompüterdə deyil, planşetdə, telefonda da oynamaq mümkün olduğu üçün vaxt və məkan limitini aradan qaldırır. Digital oyunların çoxu pulsuzdur və internet olmadan da oynamaq mümkündür. Bu oyunlar adamın maraq və kəşfetmə duyğusuna xitab edir. Kəşf ediləcək ölkələr, inşa olunacaq binalar, qazanılacaq əşyalar, ölməmək üçün reallaşdırılan qaçışlar, bütün həyəcanına baxmayaraq, risk ve təhlükə olmadan etibarlı şəkildə adamın saatlarla vaxt keçirə biləcəyi virtual dünya yaradır. Bu oyunlar vaxt qavramını dəyişir, tempi sürətləndirir. Darıxdırıcı dərsdə və ya iclasda bir saatlıq vaxt bir gün kimi gəlirkən, oyun zamanı həmin bir saat bir dəqiqə kimi keçir. Bu temp qavrayışı internet oyunlarını cazibədar göstərən önəmli xüsusiyyətdir və vaxta nəzarəti çətinləşdirir”.
Həkim belə oyunların onlayn mühitdə sosiallaşmanı asanlaşdırdığını diqqətə çatdırdı:
“Oyunlar evdə və ya təkbaşına hər hansı məkanda çoxlu insanla əlaqə yaratmaq, tərəfdaşlıq etmək və söhbətləşmək fürsəti yaradır. Elmi araşdırmalar nəticəsində internet oyun asılılığı olan gənclərdə tənhalıq, insanlarla canlı ünsiyyətin azalması, depressiya, əsəb, yorğunluq, yuxusuzluq, konsentrasiya problemi, dərslərdən geri qalma, özünə fikir verməmə, qidalanma rejimidə, görmə qabiliyyətində problemlərin üzə çıxdığı məlum olub. Eyni zamanda internet oyunlarda pul qazanma və ya yatırma, xarakter və ya xüsusiyyət alma, gələcəkdə qumar oynama şansı yönündə riski artırdığı da müəyyən edilib”.
Rövşən Ziya
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...