Səhiyyə
Burundakı tükləri niyə qoparmaq olmaz?: Fəsadları... - VİDEO
Video əlavə olunub:
***
Əslində burundakı tüklər müdafiə funksiyanı yerinə yetirir, orqanizmə toz və mikrobların düşməsinə mexaniki olaraq mane olur.
Publika.az oxucuları burundakı tükləri qoparmağın hansı fəsadlara səbəb ola biləcəyi ilə tanış edir.
Lor, anatomiya mütəxəssisləri və dermatoloqların araşdırmaları göstərib ki, burunda tüklərin çox olması allergiya və hətta astmanın riskini azaldır. Bununla yanaşı tüklər buruna müxtəlif allergenlərin düşməsini məhdudlaşdırır. Xüsusilə soyuq fəsillərdə, soyuqdəymə və qrip xəstəliklərinin çoxalması zamanı bu, çox vacib rol oynayır.
Bəzi insanlar burun tüklərini təmizləyir və bu məqsədlə pinset və mumdan istifadə edir. Burun nahiyəsi sinir ucları ilə zəngin olduğundan bu proses çox ağrılıdır, hətta göləri yaşardır.
Burundan tüklərin qoparması müxtəlif fəsadlara səbəb ola bilər. Misal üçün, burun dəliyindən tüklərin təmizlənməsi onu mikrob, toz və allergenlərə qarşı müdafiəsiz hala gətirir ki, bu da infeksiya və allergiya riskini artırır.
Qoparılmış tükün yerində əmələ gələn kiçik yaraya buruna daxil olan mikroblar düşə bilər. Bu isə iltihaba və hətta immun sistemi zəif olan insanlarda infeksiyanın qana keçməsinə gətirib çıxara bilər.
Bütün bunları nəzərə alaraq LOR həkimləri burun tüklərini qoparmağı tövsiyə etmir. Əgər bu tüklər sizi çox narahat edirsə, onları qayçı ilə gödəltmək və ya trimmerdən istifadə etmək mümkündür.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi



































.jpg)


