Səhiyyə
Xərçəngin dərmanı tapıldı
ABŞ-ın dərman şirkəti “Moderna”, koronavirus peyvəndlərində də istifadə edilən "mRNA" texnologiyasından istifadə edərək xərçəng hüceyrələrini məhv etməyi bacardığını açıqladı.
Publika.az xəbər verir ki, şirkətdən verilən açıqlamada peyvəndin dəri xərçənginə səbəb olan melanomaya qarşı təsirli nəticələr ortaya çıxardığı bildirilib.
“Merck” tərəfindən hazırlanan “Keytruda” adlı dərman “Moderna” peyvəndi ilə birlikdə istifadə edilərsə, xəstəliyin ölüm və ya təkrarlanma riskinin tək Keytruda istifadəsi ilə müqayisədə 44 faiz azaldığı açıqlanıb.
Məlumatlar paylaşıldıqdan sonra “Moderna”nın səhmləri artarkən, "mRNA" əsaslı peyvənd tədqiqatları aparan türk alimləri Özlem Türeci və Uğur Şahinin şirkəti “BioNTech”in səhmləri yüksəliş trendinə girdi.
O, bu araşdırmanın "mRNA" peyvəndi texnologiyası ilə birlikdə dərmanların istifadəsinin toxunulmazlığa necə təsir edəcəyini göstərən ilk araşdırma olduğunu, texniki olaraq bu metodun digər xərçəng növlərinə təsir etdiyini bildirib.
“Moderna” şirkətinin tibbi inkişaf üzrə vitse-prezidenti Paul Burton, "Bu tədqiqat nəticələri xərçəngin müalicəsində yeni perspektiv təmin edəcək" deyə qeyd edib.
Üçüncü və dördüncü mərhələdə olan 157 dəri xərçəngi xəstəsini tədqiq edən elm adamları, həm “mRNA” əsaslı peyvənd, həm də “Keytruda” ilə tək başına “Keytrudan” istifadə şərtlərini müqayisə etdilər. Hər iki dərmanın istifadə edildiyi hallarda yan təsirlərin tezliyi yüzdə 14,4 olaraq qeyd edilərkən, yalnız Keytruda istifadəsində yan təsir nisbətinin yüzdə 10 olduğu deyilib.
Aydan
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


