Sosial
Nazir "Yanardağ"dan DANIŞDI: "Prezidentin iradı haqlıdır"
“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğun bərpası ilə bağlı layihə hazırlanıb.
Publika.az xəbər verir ki, bunu jurnalistlərə
açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəz Qarayev
deyib.
Nazirbildirib ki, layihələndirmənin əsasında işlər görüləcək: "Amma
orada olan bəzi fərdi yaşayış yerləri ilə bağlı məsələlər həll
edildikdən sonra işlər görüləcək. Dövlət bu işlə məşğuldur. Cənab
Prezidentin bununla bağlı iradı tamamilə haqlıdır. Bu çoxdan aktual
olan bir məsələdir. Biz bu məsələyə çoxdan diqqət yetirməli idik.
Təndiqdən nəticə çıxardacağıq".
Qeyd edək ki, Prezident İlham Əliyev ötən ilin dekabrın 29-da Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak etdikdən sonra “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna baxıb.
Qoruqdakı vəziyyətlə tanış olan dövlət başçısı burada şəraitin dözülməz olduğunu bildirib. Qeyd edib ki, bu qoruğa həm Azərbaycan vətəndaşları, həm də çoxsaylı turistlər gəlir və buradakı şərait ölkəmizin bugünkü inkişaf səviyyəsinə uyğun deyil.
Prezident İlham Əliyev aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq verib ki, bu dözülməz vəziyyət qısa müddət ərzində aradan qaldırılsın, Azərbaycan vətəndaşları və turistlər üçün yüksək standartlara cavab verən şərait yaradılsın.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)




















.jpg)

.jpg)