Sosial
“Nescafe”nin içərisindən ELƏ BİR ŞEY ÇIXDI Kİ...
Azərbaycanda “Nestle” şirkətinin məhsulu olan “Nescafe”nin içərisindən suxari əzintisi çıxıb. Bu barədə Bakı şəhər sakini (adının açıqlanmasını istəmir) "Azad İsehlakçılar" İctimai Birliyinə müraciət edib.
İctimai Birliyin sədri Eyyub Hüseynov Publika.az-a açıqlamasında bildirib ki, məhsulu təqdim edən şəxs iddia edir ki, onu açanda içərisində kofe deyil, suxari əzintisi olduğunu görüb:
“Bu barədə təşkilatımıza müraciət edib. “Nescafe”nin içərisindən çıxan məhsul qoxusuna görə suxariyə oxşayır. Lakin onun nə olduğunu araşdırmaq lazımdır. Üstəlik, həmin qaba nə üçün suxari doldurula bilər? Qabın ağzında falqa da var. Bunun araşdırılması üçün “Nestle”nin Azərbaycandakı distribüteri “Veysəloğlu” şirkətidir. Biz onlarla əlaqə saxlamışıq ki,”Nestle” şirkətinin nümayəndəliyinə məlumat verilməli, məsələ araşdırılmalıdır. Lakin 4 gündür məlumat versək də, hələ ki, bir cavab verilməyib. Əslində özləri maraqlı olmalıdırlar ki, ağzı falqa ilə bağlı olan qaba suxari necə doldurulub?”.
İddia ilə bağlı “Veysəloğlu” şirkətinin Müştəri münasibətlərinin idarə edilməsi şöbəsinin müdiri Nizami Yusifovla əlaqə saxladıq. O, məsələdən Eyyub Hüseynov vasitəsilə xəbərdar olduqlarını dedi:
“Həftənin birinci günü Eyyub Hüseynov bu barədə bizə məlumat verib, vətəndaşın özü şəxsən təqdim etməyib. Həmin gün Eyyub Hüseyovla danışıb, məsələnin araşdırılması üçün həftənin 4 və ya 5-ci günü görüşə biləcəyimizi dedik. Eyyub müəllim bizimlə əlaqə saxlayacağını bildirdi. Bu gün Eyyub müəllimlə əlaqə saxlayıb həmin məhsuldan nümunə götürüb, fabriklə danışacağıq, keyfiyyətə nəzarət şöbəsi anbarımızda eyni adlı digər məhsullarla qarşılaşdırılacaq. Məhsulun tərkibi araşdırılacaq. Bu məsələdə şikayətçi də iştirak etməlidir. Biz ilk növbədə məhsulun haradan alınması ilə maraqlanacağıq. Bizim məhsullarımızın satıldığı mağazaların adı bəllidir. Ola bilər ki, o “Nestle”nin olmasın, saxta bir məhsul olsun”.
Gülxar
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



















.jpg)
.jpg)






