QNET: Sizə uyğun olan düzgün su filtrasiya sistemi…
Bizi izləyin

Sosial

QNET: Sizə uyğun olan düzgün su filtrasiya sistemi…

Müasir dövrümüzdə su filtirlərindən istifadə hər bir ev üçün adi hal alıb, amma təəssüflər olsun ki, insanların çoxu filtr seçimi edəndə “ucuzu hansıdı, onu da alaq” prinsipinə əsaslanırlar.

Məhz bu səbəbdən ekspertimiz bu məqalədə ailəniz üçün olan su filtrinin hansı vacib xüsusiyyətlərə malik olmasından danışacaq.

Suyun tərkibini müəyyənləşdirin

Suyun tərkibində onu codlaşdıran, tamamilə həll olmuş bərk maddələr var. Bu tamamilə həll olmuş bərk maddələr torpaqda olan mineralların suda həll olması nəticəsində yaranır. Beləliklə, suyun codluğu H2O-dan başqa bütün orqanik və qeyri-orqanik maddələrin birləşməsindən asılıdır. Minerallar orqanik və qeyri-orqanik maddələr, kalsium duzları (Ca), Maqnezium (Mg) və Natrium (Na) suda codluq yaradır. Bu o deməkdir ki, içməli suların hamısında tam həll olmuş maddələr var və miqdarı həddindən artıq olmayanda insan sağlığına heç bir ziyanı yoxdur. Codluq, duzların birləşmələri, orqanik maddələr və minerallar təbii bulaqların çoxunda var.

Amma bu orqanik maddələrdən başqa, suda müxtəlif çirkli maddələr də mövcud olur. Bildiyiniz kimi, müxtəlif yerindən asılı olaraq su dadına, ətrinə, rəng çalarına və ümumi keyfiyyətinə görə fərqlənir. Bəzi bulaqlar isə insan səhhətinə çox zərərli kimi qeydiyyata alınıb.

Suda olan zərərli maddələri müəyyən edin

Problemi müəyyən etdikdən sonra onun həlli yolunu tapın. Su mənbələri müxtəlif olduğu kimi, təmizləmə sistemləri də müxtəlifdir. Mışyak və Sulfat kimi maddələri olan suyu kökündən təmizləməyə və distillə etməyə ehtiyac var. Halbuki, digər maddələrin əksəriyyətini filtrasiya sistemləri ilə təmizləmək mümkündür. Ev üçün olan su filtrasiya sistemi nəticə verməzsə, o zaman şəhər təşkilatları və mütəxəssisləri tərəfindən lazımi tədbirlər görülməlidir.

NSF İnternational-ın suda olan ümumi qəbul olunmuş zərərli maddələrinin siyahısı və onlarla mübarizə aparmaq qabiliyyəti olan su filtrasiya sistemlərinin siyahısı vardır.

Sizə uyğun olan düzgün su filtrasiya sistemini seçin

Müasir dövrümüzdə mətbəx kranı kimi bütöv, portativ və qrafin formalarında olan müxtəlif və saysız hesabsız su filtrasiya sistemləri mövcuddur. Onlar təmizləyə bildiyi zərərli maddələrin miqdarı ilə fərqlənir.

Maksimal təmizləmə bacarığına, istifadəsinin rahatlığına, elektrik enerji sərfiyyatına ehtiyacı olmadığına görə və ekonomik xidmətinə görə Ultrafiltrasiya sistemi eviniz üçün ən yaxşı seçimdir. Sizin istifadə etdiyiniz su mənbəsinin Dünya Səhiyyə Təşkilatının müəyyən etdiyi standartlara uyğun olduğu halda Ultrafiltrasiya sistemi zəmanət verir ki, siz və sizin ailəniz minerallarla zəngin, qoxusuz, virussuz, bakteriyasız, təhlükəsiz və təmiz sudan istifadə edəcək.

Ultrafiltrasiya sistemi bizim HomePure filtrlərini uzun illərdir ki, istifadəçilərinin sevimlisi etdi. HomePure Nova isə 9 pilləli filtrasiya sisteminə və yeni 35+ Ultra Tech texnologiyasına malik olan, suyu ən kiçik zərrəciklərdən belə təmizləyən sağlamlıq bulağınızdır.

QNET haqqında daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, bu məqalə QNET, birbaşa satış sənayesi haqqında və QNET ilə bağlı ən populyar sualların cavablarına dair daha ətraflı məlumat verməyə kömək edəcəkdir.

QNET Malayzia, Sinqapur, Filippin, İndonezia və BƏƏ nin Birbaşa Satış Asossiasiyalarına daxil olmaqla yanaşı, bütün dünyada müxtəlif idman sahələrində aktiv sponsorluq edir. Belə sponsorluqlardan ən əhəmiyyətlisi “Mançestr Siti” futbol klubunun həm kişi, həm də qadın komandalarının, eyni zamanda Afrika Futbol Konfederasiyasının (CAF) rəsmi birbaşa satış partnyoru olmasıdır.

2018-ci ilin sentyabrında 20 illiyini qeyd edəcək industriyanın nəhənglərindən biri QNET şirkəti Asiyanın möhtəşəm birbaşa satış nəhəngi olaraq, müştərilərinə və Müstəqil Nümayəndə adlanan distribüterlərinə həyat səviyyəsini yüksəldən geniş çeşiddə məhsullarını təklif edir. Şirkətin dünya üzrə 25 ofis və agentlikləri, habelə 50-dən çox loqistika mərkəzləri vardır ki, bunlar da müxtəlif ölkələrdə yerləşir. BƏƏ-də QNET-in 3 yerdə qərargahı vardır: Dubay və Əbu-Dabidə ofisləri, Dubayda yerləşən loqistika mərkəzi.

Asiyanın birbaşa və elektron satış üzrə nəhəng şirkəti olan QNET 100-dən çox ölkədə fəaliyyət göstərən müstəqil nümayəndələr adlandırdığı distribüterlərini onlayn satış platforması vasitəsilə müxtəlif növ məhsullarla təmin edir. 25 ölkədə şirkətin ofis və agentliyi var.

QNET Malayziya, Sinqapur, Filippin və İndoneziyanın Birbaşa Satış Assosiasiyasının üzvüdür. Bundan əlavə, o, həmçinin Hon-Konq Sağlam Qida Assosiasiyanın və Sinqapurun Ləvazimatlar Sənayesi Assosiasiya kimi müəssisələr arasında özünəməxsus yer tutur.

QNET həmçinin korparativ ictimai məsuliyyəti ilə də seçilir. Buna dünyanın hər yerində keçirdiyi xeyriyyə aksiyaları dəlalət edir. Belə aksiyalar əsasən xüsusi qayğıya ehtiyacı olan uşaqlara, cəmiyyətin inkişafına və cəmiyyətin rifahının yüksəlməsinə istiqamətlənir.Sözügedən xeyriyyə aksiyaları həmçinin Azərbaycanda da mütəmadi olaraq keçirilir. Buna misal olaraq, ölkənin hər milli bayramlarında Ümid Yeri Uşaq Evinə yardım edilir.

Daha ətraflı informasiya üçün QNET-in veb-saytına müraciət edə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm