"Azərbaycanda sauna və massaj salonlarında..." - SOS
Bizi izləyin

Sosial

"Azərbaycanda sauna və massaj salonlarında..." - SOS

Gecə saat 2-də Binəqədi qəsəbəsində yerləşən kafelərdən birində S.A. adlı şəxslə 25 yaşlarında olan Samux rayon sakini A.A. arasında dava düşüb. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, onların hər ikisi fahişəliklə məşğuldur. Seks sənayesinin nümayəndələri kişi üstündə dalaşıblar.

Sözügedən faktı şərh edən hüquq-mühafizə orqanlarının əməkdaşı bildirib ki, Bakıda seks sənayesi nümayəndələrinin iştirakı ilə baş verən insident xuliqanlıq faktı kimi qeydə alınıb. Qadınlar müştəri üstündə mübahisə ediblər və sonuncu rəqibini döyüb.

Publika.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, asayiş keşikçiləri "priton" sahibləri ilə mübarizə aparsa da, fahişəliklə bağlı problem azalmır, əksinə artır. Fahişəliyin artması ilə əlaqədar yerli hüquq müdafiəçilərinin proqnozları özünü doğruldub. "Təmiz dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova ölkəmizdə bu sahədə yaxşı olmayan tendensiyadan narahatlığını ifadə edib. Deyib ki, fahişəliyin yaşı nəinki cavanlaşıb, həm də bu işlə məşğul olan qadınlar arasında yaşlılar da var. 50-55 yaşlı qadınlar təkcə öz bədənlərini satmaqla kifayətlənmirlər, həm də daha çox həddi-buluğa çatmamışları bu prosesə cəlb edirlər.

AR Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi polis orqanlarının verdiyi məlumatları təsdiqləyib. Qurumdan bildiriblər ki, onlara tez-tez gecə klubları və barlarda dava edərkən saxlanılan yüngül əxlaqlı qadınları gətirilir. Son illərdə cinsi yolla ötürülən xəstəliklərin, o cümlədən QİÇS-in artması müşahidə olunur. Yalnız bu il ərzində Azərbaycanda 782 nəfərdə QİÇS virusu aşkarlanıb. Nəzərə alsaq ki, bu xəstəliyin müalicəsi yoxdur və ölümlə nəticələnir, onda bu, olduqca həyəcanverici tendensiyadır.

Təsadüfi deyil ki, Azərbaycanın Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu, professor Zülfüqar Fərəcov son 3-4 ildə ölkəmizdə cinsi yolla ötürülən xəstəliklərin sayının artdığını etiraf edib.

"Ola bilsin, bu, ölkədə turizmin inkişafı və ölkədəki miqrasiya ilə bağlıdır. Haradasa iqtisadi vəziyyət də fahişəliyin artmasına təsir göstərir. Bədənlərini satan şəxslər öz sağlamlıqlarının qayğısına da qalmalıdırlar. Lakin "qədim peşə" sahibləri hətta xəstəliklə bağlı diaqnoz qoyulandan sonra da müalicə almağa cəhd göstərmirlər. Onlar düşünürlər ki, xəstəlik özbaşına keçib gedəcək" - professor deyib.

Fərəcov qeyd edib ki, dəri-zöhrəvi xəstəliklər infeksion xəstəliklərdir və onlar özbaşına keçmir. Bura xlamidioz, trixomoniaz (trixomanad), qonoreya (xalq arasında süzənək, sifilis adlandırılır) və başqaları daxildir. Son illər Azərbaycanda sifilisə yoluxanların sayı xüsusilə artıb.

Sifilis xroniki şəkildə keçən, bütün orqanlarda, o cümlədən dəridə, sinir sistemində pozğunluq əmələ gətirən yoluxucu zöhrəvi xəstəlikdir. Bu, həmçinin xəstə valideynlərin övladlarına ötürülür. Tibbə sifilis daşıyıcısı olan şəxslərin nikaha girdiyi və patologiya ilə uşaq dünyaya gətirdikləri barədə xeyli hallar məlumdur. Professor qeyd edib ki, sifilis xüsusilə homoseksuallar, fahişələr və 40 yaşadək olan narkomanlar arasında geniş yayılıb.

Cəmiyyətdəki kişilərin əksəriyyəti cavanlıq dövründə "gecə kəpənəkləri"nin xidmətlərindən istifadə edirlər. Bu səbəbdən də Zülfüqar Fərəcov nikaha daxil olarkən tibbi müayinədən keçmək tələbini tamamilə dəstəkləyir. Onun sözlərinə görə, bu qəbildən olan xəstələr mütləq aşkarlanmalı, xəstəxanada yatırılmalı, müalicə edilməlidir. Çünki bu xəstəliyin daşıyıcıları ətraf mühit və bütövlükdə cəmiyyət üçün ciddi təhlükələr yaradır.

Fərəcov venerik xəstəliklərin yayılmasına qarşı nəzarətin gücləndirilməsi təklifi ilə çıxış edib: "Deputatalar veneroloji xəstəliklərin məcburi müalicəsi ilə bağlı qanun layihəsinə baxmalıdırlar. Yəni Sovet dövründə sınaqdan çıxmış təcrübəyə qayıtmaq - onun infeksiya mənbəyinə çevrilməsinə imkan verməmək lazımdır. Məhz bundan sonra yoluxma mənbəyi 100% müəyyən ediləcək".

Bununla yanaşı, məhkəmə tibbi ekspertləri fahişəlikdən danışarkən Bakıda bir neçə ərəb turistinin ölümünə də toxunublar. Xatırladaq ki, əvvəllər yerli KİV dəfələrlə analoji situasiyalarla bağlı məlumatlar dərc ediblər. Hətta polis əməkdaşları da məsələyə münasibətlərini bildiriblər. Səbail rayon Polis İdarəsinin əməkdaşları qeyd ediblər ki, Azərbaycanın xarici turistlər üçün cəlbedici olması sevindirici haldır. Lakin problem ondadır ki, bura əsasən şərq ölkələrindən gələn kişilər öz istəklərinə korluq vemirlər. Onlar həddindən artıq spirtli içki qəbul edir və yüngül əxlaqlı qadınların xidmətlərindən istifadə edirlər.

Məhkəmə tibbi ekspertlərinin sözlərinə görə, ölüm halları ərəb turistlərin düzgün olmayan həyat tərzi nəticəsində baş verir.

"Bildiyimiz kimi, ərəblər öz ölkələrində passiv həyat tərzi keçirirlər. Burada Fars körfəzi ölkələrinin iqlim şərtləri də nəzərdən qaçırılmamalıdır. Onlar işləmir, lakin çox yeyirlər. Bura gələndə sərbəst əlaqələrə alışıq olmurlar. Lakin burada onların istəkləri və iştahları yerindən oynayır. Onlar qadınları otellərə dəvət edir, spirtli və enerji içkiləri ilə birlikdə potensiyanı artıran preparatlar qəbul edirlər. Bundan sonra onlarda ürəyin dayanması baş verir" - ekspertlər bildirirlər.

Hüquq-mühafizə orqanları fahişəliklə mübarizəyə istiqamətlənmiş profilaktik tədbirlər də həyata keçirirlər. Təcrübə göstərir ki, bu "mərəz"i aradan qaldırmaq mümkün deyil. Çətin ki, qanunvericilikdə fahişəliyə görə nəzərdə tutulan cərimə (100 manat) onunla mübarizədə effektiv olsun. 100 manat cərimə ödəmək fahişə üçün tüpürmək kimi bir şeydir.

"Bu gün klublarda, saunalarda, massaj salonlarında intim xidmətlərin 1 saatlıq "seans"ı 50-200 manatdır. Belə olan təqdirdə, 100 manatlıq cərimə sanksiyasının hansı effektivliyindən danışmaq olar? Fahişəlik cinayət hesab olunmur və bu səbəbdən də həmin əmələ görə yalnız inzibati cəza tətbiq edilir" - deyə paytaxtdakı polis idarələrindən birinin səlahiyyətlisi bildirib.

Qeyd edək ki, Milli Məclisin deputatları vaxt-vaxt fahişəliyin leqallaşdırılması ilə bağlı təkliflər səsləndirirlər. Lakin hələlik cəmiyyətimiz bu dəyişikliyə hazır deyil. Bəs bu geniş yayılmış neqativ halla necə mübarizə aparmaq olar? Bəlkə cərimənin məbləği artırılsın? Deputat Musa Quliyev bu təkliflə razılaşmır. O, hesab edir ki, cərimənin artırılması vəziyyətdən çıxış yolu deyil. Onun sözlərinə görə, bu istiqamətdə maarifləndirmə işlərinin aparılması və sağlam həyat tərzinin təbliği daha effektiv ola bilər.

Lakin ümumilikdə rəyi soruşulan sorğu iştirakçıları o fikirdədir ki, təkcə təsəlli vermək azdır. Vətəndaşların aşağı sosial statusu, təhsilli olmamaları onların ləyaqətli işlə təmin olunmasına imkan vermir. Bu isə gəncləri xüsusilə ağır vəziyyətə salır. Kimi oğurluq etmək yolunu tutur, kimi də çıxış yolunu öz bədənini satmaqda görür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm