Sosial
Atatürk parkı yenidənqurmadan sonra belə olacaq - FOTOLAR
Bakı şəhəri Nərimanov rayonunda yerləşən Atatürk parkı hazırda əsaslı təmir olunur.
Bakı Şəhər İcra Hakimiyyətindən Publika.az-a verilən məlumata görə, bu park böyük bir şəxsiyyətin – Türkiyə Respublikasının qurucusu və banisi Mustafa Kamal Atatürkün adını daşıyır. Eyni zamanda bu park Azərbaycan və Türkiyə Respublikaları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində görülən işlərdən biridir.
İndiyə qədər parkdakı şərait istər ərazidə yaşayanları, burada istirahət edənləri, istərsə də parkdan keçənləri, bir sözlə heç kimi qane etməyib. Bununla əlaqədar vətəndaşlardan mütəmadi olaraq Bakı şəhər İcra Hakimiyyətinə müxtəlif xahiş və təkliflər ünvanlanıb. Həmin müraciətlər nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Nərimanov rayon İcra Hakimiyyəti ilə birlikdə Atatürk parkının tam şəkildə yenidən qurulması, abadlaşdırılması ilə əlaqədar layihə sənədləri hazırlanıb. Həmin layihə sənədləri əsasında parkın ən müasir standartlara cavab verən şəkildə yenidən qurulması nəzərdə tutulub. Parkda müxtəlif istirahət guşələri, əyləncə qurğuları yaradılacaq, o cümlədən parkda istirahət edən insanların müəyyən tələblərini ödəmək üçün bir neçə ictimai iaşə obyekti istifadəyə veriləcək.
Bakı şəhər İcra Hakimiyyətindən bildirilib ki, 2 ay əvvəl parkda əsaslı təmir- yenidənqurma işlərinə başlanıb. Parkdakı obyektlərin sənədləri araşdırılıb. Mülkiyyət sənədləri (Çıxarışı) olan obyekt sahiblərinə obyektlərində müasir standartlara, parkın yeni layihəsinə uyğun formada yeniləşdirmə aparılması işləri tapşırılıb. Digər işlər isə layihə sənədlərində nəzərdə tutulub. O cümlədən, parkdakı ağacların budanması, cavanlaşdırılması işləri də görülür. Bu işlər Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Departamenti tərəfindən həyata keçirilir.
Bakı şəhər İcra Hakimiyyətindən bildirilib ki, layihəyə uyğun olaraq gələcəkdə parkda əlavə digər ağacların, kolların əkilməsi, güllərdən müxtəlif kompozisiyaların düzəldilməsi, qazon örtüyünün yenilənməsi nəzərdə tutulub.
Yaxın aylarda bu parkın sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.
Muxtar
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
