Sosial
Azərbaycanda yaşamaq üçün əcnəbilərdən 100 min tələb edilməsi... - RƏSMİ CAVAB
Dövlət Miqrasiya Xidməti Azərbaycanda yaşamaq icazəsi üçün xidmətin əcnəbilərdən 100 min manat tələb etməsi məsələsinə münasibət bildirib.
Publika.az-ın ONA-ya istinadən verdiyi məlumatına görə, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki, sosial şəbəkələrdə xidmətin 100 min pul tələb etməsi barədə yayılan məlumatlar yanlışdır.
Onun sözlərinə görə, ölkədə viza müddətindən artıq yaşamaq üçün qanunla müəyyən edilmiş əsaslar var: “Bu əsaslardan biri 100 min manatlıq əmlakın və ya bank hesabında 100 min manat pulun olmasıdır. Yəni əcnəbi ölkəyə səfər edirsə, burada yaşamaq üçün həmin əmlakın mövcudluğunu təsdiq edən sənədi və ya müvafiq bank hesabında pulun olması barədə sənədi Miqrasiya Xidmətinə təqdim etdikdə, həmin şəxsin iki ilədək Azərbaycanda müvəqqəti yaşamasına üçün icazə verilir. Həmin məbləğin xidmətə ödənilməsindən söhbət gedə bilməz. Sadəcə, bankda hesabın olması barədə sənəd bizə təqdim edilir”.
Qeyd edək ki, sosial şəbəkələrdə Dövlət Miqrasiya Xidmətinin Azərbaycanda yaşamaq icazəsi üçün əcnəbilərdən 100 min manat tələb etməsi barədə məlumat yayılıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





















.jpg)















.jpg)
.jpg)
