Sosial
Avropa ölkələrində cəmiyyətlə media arasında bir anlaşma var - Azər Ayxan
Ailələr övladlarını təkcə məktəbin ümidinə buraxmamalıdırlar.
Publika.az xəbər verir ki, bu sözləri “Yeni Müsavat” qəzetinin baş redaktorun birinci müavini Azər Ayxan bu gün Beynəlxalq Mətbuat Mərkəzində “İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər” mövzusunda təşkil olunan konfransda çıxışı zamanı səsləndirib.
“Elə bir dövrdə yaşayırıq ki, sosial media bizim həyatımıza daxil olub və peşəkar media sosial media ilə yarışır. Bəzən fərqinə varmadan sosial media ilə bir yarış içindəyik. Bəzi xəbərləri sosial şəbəkə ilə yarışaraq veririk, filan xəbər sosial şəbəkədə yayılıb, tez onu xəbərə çevirək. Bunun nəticəsində belə xəbərlərin yayılması meydana çıxır. Bir çox inkişaf etmiş Avropa ölkələrində intihar, zorlama, qəza və sair kimi olaylar mediada, hətta sosial mediada belə yayılmır. Cəmiyyətlə media arasında bir anlaşma var”, - deyə A.Ayxan bildirib.
O bildirib ki, ortada bir yeniyetmə qızın ölüm faktı var, bu hər birimizi üzür:
“Bizim də o yaşlarda övladlarımız var. Məsələyə bir qədər də övladını itirmiş valideynin gözüylə baxmalıyıq. Övlad elə bir varlıqdır ki, insan onun üçün ölümə də gedər. Övlad haqlı da olsa, haqsız da olsa, valideyn onun uğrunda savaşa girməyə hazırdır. Növbəti belə hadisələrin baş verməməsi üçün biz də çalışmalıyıq. Cəmiyyətin öndəgələn insanlarıyıq, bizim üzərimizə çox ciddi məsuliyyət düşür. İcitmai fikrin yaranmasında ciddi rolumuz var. Ona görə də təkcə öz övladlarımızın problemi olanda yox, digər gənclərin poblemi olanda da biz bir media rəhbəri, ictimai xadim, deputat olaraq kömək etməliyik. Biz “Yeni Müsavat” olaraq dəfələrlə vətəndaşlara birbaşa köməklik etmişik. Vətəndaş sonuncu ümid yeri olaraq “Yeni Müsavat”ın redaksiyasına üz tutub, hansısa məmurun haqsızlığı ilə üzləşib, problemi işıqlandırmışıq, məsələ həllini tapıb”.
A.Ayxan bildirdi ki, valideynlər övladlarına nəzarət etməlidilər:
“Bütün məsuliyyəti məktəbin üzərinə atmamalıdır. Əgər övladının məktəbdə problemi yaranıbsa, özü direktorla, müəllimlə təmasa keçməlidi. Biz də media olaraq məktəbi, təhsili, hansısa müəllimi qaralamalı deyilik”.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO










.jpg)










.webp)













.jpg)


